14-01-2020, 16:00 Oxunub: 74

Oqtay Gülalıyevin vəziyyəti pisləşdi

Oqtay Gülalıyevin vəziyyəti pisləşdi


Yanvarın 10-da üçüncü dəfə əməliyyat olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti pisləşib.

Turkustan.info xəbər verir ki, bu barədə Qaynarinfo.az-a yazar Zümrüd Yağmur danışıb. Onun sözlərinə görə, əməliyyatdan sonra Oqtay Gülalıyevin temperaturu yüksəlib:

“Amma bütövlükdə ümidverici bir şey yoxdur. Temperaturu yenə yüksəlib. Temperaturu salmaq bəlkə də problem olmayacaq. Problem sonrakı həyatıdır”.

Oqtay Gülalıyev yanvarın 10-da əməliyyat olunub. Əməliyyat zamanı onun başında yaranmış artıq suyun çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub.

Xatırladaq ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev noyabrın 19-da İstanbuldakı Amerika Xəstəxanasına köçürülüb.

O, oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Noyabrın 5-də Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Oqtay Gülalıyev Türkiyəyə aparılıb.

Onun müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb.
Oqtay Gülalıyev hər iki gözünü açıb Oqtay Gülalıyev hər iki gözünü açıb Hadise Oqtay Gülalıyev gözünü açdı Oqtay Gülalıyev gözünü açdı Hadise “Oqtay Gülalıyevin vəziyyətində yaxşılığa doğru irəliləyiş var” – Xanımından açıqlama “Oqtay Gülalıyevin vəziyyətində yaxşılığa doğru irəliləyiş var” – Xanımından açıqlama Medeniyyet Oqtay Gülalıyev palataya köçürüldü — FOTO Oqtay Gülalıyev palataya köçürüldü — FOTO Hadise Oqtay Gülalıyev ikinci dəfə əməliyyat olunur Oqtay Gülalıyev ikinci dəfə əməliyyat olunur Hadise