14-02-2020, 10:04 Oxunub: 111

Azərbaycanda ölüm səviyyəsi azalıb

Azərbaycanda ölüm səviyyəsi azalıb


Azərbaycanda ötən il ölüm səviyyəsi aşağı düşüb.
"Ötən il ölkədə 55 916 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2019-cu ildə 141 179 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 2018-ci illə müqayisədə 14,2-dən 14,3-ə qədər artıb.

Ümumilikdə ötən il ölkə əhalisinin sayı 85 651 nəfər və ya 0,9 faiz artaraq 2020-ci il yanvar ayının 1-i vəziyyətinə 10 067 108 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Cari ilin əvvəlinə ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşamışdır.

Ölkə üzrə əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olmuş və bu göstərici Bakı şəhərində (1072 nəfər), Lənkəran (156 nəfər), Abşeron (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.
Əhalinin sayı açıqlandı Əhalinin sayı açıqlandı Medeniyyet Azərbaycan əhalisinin sayı açıqlanıb Azərbaycan əhalisinin sayı açıqlanıb Iqtisadiyyat Bu il Azərbaycanda nə qədər ölüm halı qeydə alınıb? Bu il Azərbaycanda nə qədər ölüm halı qeydə alınıb? Hadise Bakının əhalisi nə qədərdir? Bakının əhalisi nə qədərdir? Sosial Azərbaycan əhalisinin sayı açıqlandı – RƏSMİ Azərbaycan əhalisinin sayı açıqlandı – RƏSMİ Sosial