26-02-2020, 22:51 Oxunub: 169

İcra Hakimiyyəti başçını “sildi”... - həbs edilən müavini isə...

İcra Hakimiyyəti başçını “sildi”... - həbs edilən müavini isə...


Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla saxlanılan rayonun icra başçısı İsmayıl Vəliyevin adı icranın rəsmi saytından çıxarılsa da, onunla birgə həbs edilən icranın digər əməkdaşlarının adları hələ də saytdadır.

Axar.az xəbər verir ki, başçının birinci müavini Vurğun Əkbərov da “virtual olaraq” vəzifədə, faktiki isə həbsxanadadır.

Həmçinin başçının digər müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqova da adı saytdan çıxarılmayıb. Halbuki G.Sadıqova məlum əməliyyatdan sonra tutduğu vəzifədən azad edilib və icra hakimiyyətindəki otağı da artıq boşaldılıb.

Xatırladaq ki, 20 fevral tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı rayon icra hakimiyyəti başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, eləcə də Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov saxlanılıb.

Saxlanılanlar barədə Səbail Rayon Məhkəməsi həbs qərarı verib.
DTX-nin əməliyyatı ilə saxlanılan icra başçısının biznes şəbəkəsi — VİDEO DTX-nin əməliyyatı ilə saxlanılan icra başçısının biznes şəbəkəsi — VİDEO Sosial / Video Məhkəmə DTX əməliyyatı ilə tutulan icra başçısı və digər yüksək vəzifəlilərlə bağlı qərar verdi Məhkəmə DTX əməliyyatı ilə tutulan icra başçısı və digər yüksək vəzifəlilərlə bağlı qərar verdi Hadise İcra başçısının DTX-nin əməliyyatı ilə tutulan qadın müavini deputatlığa namizəd olub — FOTO İcra başçısının DTX-nin əməliyyatı ilə tutulan qadın müavini deputatlığa namizəd olub — FOTO Hadise SON DƏQİQƏ: Neftçalada daha iki yüksək vəzifəli şəxs tutuldu SON DƏQİQƏ: Neftçalada daha iki yüksək vəzifəli şəxs tutuldu Hadise 17 rayonun icra başçısı vəzifəsindən azad ediləcək – Prezidentə ərizə yazanlar da var 17 rayonun icra başçısı vəzifəsindən azad ediləcək – Prezidentə ərizə yazanlar da var Siyaset