Əsədin iki zəif nöqtəsi: Türkiyə ordan vura bilər – Polkovnik AÇIQLADI
Hadise
Oxunub: 332
28 fev 2020 | 18:46
Əsədin iki zəif nöqtəsi: Türkiyə ordan vura bilər – Polkovnik AÇIQLADI


Türkiyə eyni anda bir neçə cəbhədə döyüşə biləcək bir orduya sahibdir.

Bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov İdlib ətrafında Əsəd rejimi ilə Türkiyə hərbi qüvvələrinin qarşıdurması fonunda iki tərəfin hərbi potensialını şərh edərkən deyib. O bildirib ki, Türkiyə ordusu istənilən vəziyyətdə hərbi əməliyyat aparmaq imkanlarına malikdir:

“Türkiyə bu gün istər regionda, istərsə NATO çərçivəsində, istərsə də bütün dünyada ən güclü ordulardan birinə sahibdir. Son zamanlar regionda apardığı xarici siyasət də bunun təbii nəticəsidir. Rəsmi Ankara mövcud vəziyyətdə öz ərazi bütövlüyünü istər daxildə, istərsə də xaricdə qorumaq məcburiyyətindədir.

Əsədin iki zəif nöqtəsi: Türkiyə ordan vura bilər – Polkovnik AÇIQLADI


Qardaş ölkə Suriyanın hücumu zamanı 33 şəhid verib, bu, ciddi itkidir. Digər tərəfdən Əsəd rejimi də ciddi itkilər verib. Lakin bu, iki ölkənin hərbi potensialının bir-birinə bərabər olduğunu göstərmir. Nəzərə almaq lazımdır ki, Türkiyə mövcud razılaşmalara görə istədiyi kimi genişmiqyaslı hərbi əməliyyat apara bilmir. Ankara çalışır ki, münaqişə sülh yolu ilə həll olunsun. Lakin iki ölkə arasında ehtimal edilən bir müharibədə Türkiyənin müqayisəedilməz üstünlüyü var”.

Polkovnik qeyd edib ki, Suriyada Əsəd rejiminə əsasən Rusiya və İran dəstək verir:

“Heç kəsə sirr deyil ki, bu iki qüvvə olmasa, Əsəd bu qədər uzun müddət hakimiyyətdə qala bilməzdi. Rusiya Əsəd qüvvələrinə havadan dəstək verir. Bu, əslində Əsədin hərbi hava qüvvələrinin kifayət qədər yaxşı olmadığını göstərir. Türkiyə isə Suriyada hərbi hava qüvvələrindən istifadə etmir.

Bu gün Suriya dənizdən gələ biləcək hücumlara qarşı müdafiəsizdir, çünki Əsədin kifayət qədər güclü donanması yoxdur. Türkiyə isə Aralıq dənizi ölkələri içərisində güclü donanmaya malik ölkələrdən biridir. Əslində, Türkiyənin Suriyaya dənizdən hücum etməsi də gündəmdədir.

Suriya ordusunun vətəndaş müharibəsi, İŞİD və sairlə savaşlarda necə zəif düşdüyünü nəzərə alanda isə Türkiyənin qarşısında hansı qüvvənin dayandığını təsəvvür etmək çətin olmaz. Türkiyə savaşa girərsə, ən qısa müddətdə Dəməşqə çatar”. (axar.az)
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...