Pandemiya nədir? – Tarixdəki izləri…
Hadise
Oxunub: 464
14 mar 2020 | 17:47
Pandemiya nədir? – Tarixdəki izləri…


Dünyada koronavirus (COVİD-19) təlaşı davam edir. Artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Beləliklə, koronavirus pandemik viruslar kateqoriyasına daxil olub.

Bundan əvvəl ÜST bəyan etmişdi ki, koronavirusu pandemya adlandırmaq tez olsa da, ölkələr buna hazır olmalıdırlar.

Pandemiya ilə epidemiya fərqli anlayışlardır.

Pandemiya yunan sözüdür. Mənası “bütün xalq” deməkdir. Əgər epidemiya bir bölgədə, cəmiyyətdə və ya bir qrup insanda hər hansı xəstəliyin yayılmasıdırsa, pandemiya bunun qlobal formasıdır. Yəni, pandemiya insandan-insana asanlıqla ötürülən yeni virusun qlobal miqyasda kütləvi yayılmasıdır.

Doğrudur, bəzi xəstəliklər də var ki, kütləvi yayılıb. Məsələn, xərçəng. Lakin xərçəng yoluxucu olmadığına görə pandemik sayılmır.

ÜST-ə görə pandemiyanın üç əsas meyarı var:

1. Virusun yeni olması

2. Asanlıqla insanlara keçməsi

3. İnsandan insana asan və davamlı ötürülməsi

Koronavirus bu meyarlara cavab verdiyindən və qlobal miqyasda yayıldığından pandemik virusdur.

XX əsrdə insanlar üç qrip pandemiyası ilə üzləşib. Bunlardan biri 1918-ci ildə yayılan “İspan Qripi”diri. Bu qrip 18 ay davam edib və 100 milyon insanın həyatına son qoyub.

İkincisi, 1957-ci ildə yayılan “Asiya Qripi”dir. 2 milyona yaxın insan bu qripdən dünyasını dəyişib.

Üçüncüsü, 1968-ci ildə yayılan “Honk Kong Qripi”dir. Bu pandemiya nəticəsində 1 milyon insan ölüb.

Buna qədər isə dünya vəba, taun və su çiçəyi pandemiyasının şahidi olub.

2009-cu ildə isə “donuz qripi” (H1N1) pandemiya elan edilib. ÜST-ün məlumatına görə, 214 ölkədə yayılan bu qrip nəticəsində 18 min 449 insan dünyasını dəyişib.

ÜST-ün statistikasına görə, bu günə qədər dünya üzrə 145 min 369 nəfərdə virusa yoluxma halı qeydə alınıb. Ölənlər 5429, sağalanlar isə 71 min 688 nəfərdir.

Dünya tarixində ən dəhşətli pandemiya isə XIV əsrdə baş verib. Tarixi mənbələrin məlumatına görə “Qara ölüm” adlandırılan həmin taun pandemiyası zamanı 75-200 milyon insan vəfat edib. Nəticədə Avropa əhalisinin dörddə biri tələf olub. /Yeni Sabah/
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO