25-03-2020, 15:12 Oxunub: 101

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?


Martın 26-na gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8°, gündüz isə 12-16° isti olacağı bildirilir.

Bakıda gecə 6-8°, gündüz isə 14-16° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək - 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.     

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10°, gündüz isə 15-20° isti olacağı bildirilir. Dağlarda gecə 0-5°, gündüz isə 7-12° isti olacaq.
Sabah hava yağmursuz olacaq Sabah hava yağmursuz olacaq Hadise Sabah 26 dərəcə isti olacaq Sabah 26 dərəcə isti olacaq Hadise Sabah 22 dərəcə isti olacaq Sabah 22 dərəcə isti olacaq Hadise Sabah 21 dərəcə isti olacaq Sabah 21 dərəcə isti olacaq Hadise Sabah 5 dərəcə şaxta olacaq Sabah 5 dərəcə şaxta olacaq Hadise