6-04-2020, 14:12 Oxunub: 171

Karantin rejimini pozan 6 nəfər həbs edildi, 3 800 nəfər cərimələndi

Karantin rejimini pozan 6 nəfər həbs edildi, 3 800 nəfər cərimələndi


Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 5-dən 6-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 5, o cümlədən Bakı şəhərində 2 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, həmin obyekt sahiblərindən 1 nəfər inzibati həbs edilmiş, 4 nəfər isə inzibati cərimə olunub.
Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 3 796 nəfərə, onlardan Bakı şəhəri üzrə 1 588 nəfərə cərimə tətbiq edilib, 5 şəxs inzibati qaydada həbs olunub.

Eyni zamanda koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən “WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 1 nəfərə xəbərdarlıq edilib.

Ümumilikdə ötən gün ərzində respublika üzrə 6 nəfər inzibati qaydada həbs, 3 800 nəfər cərimə olunub, 1 nəfərə xəbərdarlıq edilib.
Karantin rejimini pozmağa görə 5 il həbs və ya 5 min manat cərimə Karantin rejimini pozmağa görə 5 il həbs və ya 5 min manat cərimə Hadise “WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib “WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib Hadise Karantin rejimini pozan 2 şəxs həbs edildi — SON DƏQİQƏ Karantin rejimini pozan 2 şəxs həbs edildi — SON DƏQİQƏ Kriminal “Karantin rejimini pozan şəxslərə qarşı cərmələrin tətbiq edilməsi, əslində vətəndaşların vəziyyətini ağırlaşdırır” “Karantin rejimini pozan şəxslərə qarşı cərmələrin tətbiq edilməsi, əslində vətəndaşların vəziyyətini ağırlaşdırır” Sosial Bakıda böyük cərimələr başladı — 500-dən çox insan Bakıda böyük cərimələr başladı — 500-dən çox insan Sosial