Əli Həsənov həbs oluna bilər... - İDDİA
Hadise
Oxunub: 348
12 may 2020 | 21:53
Əli Həsənov həbs oluna bilər... - İDDİA


Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda audit yoxlamalar davam edir. Yoxlamalar, əsasən, jurnalistlər üçün tikilən binalarla bağlı aparılır. Buna görə də audit yoxlamalarına binanı inşa edən "Portos İnşaat” da cəlb edilib.



Məlumatlı şəxslər audit yoxlamalarının ciddi yeyinti izinə düşdüyünü bildirirlər. Təxminlər doğrulsa, "Portos İnşaat”, "Jurnalist Evi” MMC, eləcə də KİVDF-nin keçmiş direktoru Vuqar Səfərli barədə cinayət işinin açılması qaçılmaz olacaq.
Gundelik-baku.com bildirir ki, yeyinti faktlarının aşkarlanmasına şübhə yoxdur. Yoxlamanın sonunda Vüqar Səfərli ilə birgə keçmiş şefi Əli Həsənov və Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli də həbsxanaya onunla yol yoldaşı olacaqlar.
Dünyanın heç bir ölkəsində dövlət jurnalistlərə əvəzsiz, ödənişsiz mənzil vermir. Bu praktika ancaq Azərbaycandadır. Bu, cənab prezidentin müstəsna xidmətidir. Nə yazıq ki, Əli Həsənov və Vüqar Səfərli ölkə Prezidentinin bu nəcib və xeyirxah missiyasından da sui-istifadə etməkdən çəkinmədilər. Artıq hər kəsə bəlli olduğu kimi, bu adamlar cənab Prezidentin mətbuatın və televiziyaların inkişafını stimullaşdırmaq niyyəti ilə davamlı olaraq ayırmış olduğu milyonlarla manat vəsaitləri bölüşdürərkən də sırf şəxsi maraqları mövqeyindən çıxış edərək çoxsaylı əyintilərə yol veriblər.
Əli Həsənovun göstərişi ilə jurnalistlərin binasında mənzillərin pulla satılması, həyat yoldaşı Sona Vəliyevaya yaxın şəxslərə verilməsi təkcə biabırçı hadisə deyildi, həm də dövlətin və Prezidentin siyasətini sabotaj etmək idi. Mənzillərin bölgüsü zamanı ciddi total saxtakarlıqlar baş verdi. Ə.Həsənov mənzilləri baş redaktorların qohumlarına (baş redaktorların bacısı əri, qardaşı oğlu, bacısı oğlu, kürəkəni, digər qohumlarına, eləcə də “münasibət”də olduqları katibələrə və s.) və həyat yoldaşı S.Vəliyevanın kitablarını yazan şəxslərə, o cümlədən rəfiqələrinə, qohumlarına verdi. Jurnalistlər binasının açılışı zamanı isə Ə.Həsənov utanamadan ölkə rəhbərinə yalan danışdı: “Cənab Prezident, hər şey şəffaf olub, mənzillər ədalətli bölünüb”.
Müşfiq Ələsgərli isə haqq səsini ucaldan jurnalistlərin səsini kəsməklə məşğul ili. Kimini reket siyahısına salırdı,kimisini başqa cür şantaj edirdi.
Əli Həsənovun qeyri-rəsmi ruporuna çevrilmişdi.
Yuxarıda qeyd etdiyimiz şəxslər həbs edilə bilər. Mediada səslənən konkret faktlar və millət vəkilləri Fəzail Ağamalının, Vahid Əhmədovun, MTRŞ-nin sabiq sədr müavini Qafar Cəbiyevin və digər tanınmış şəxslərin çıxışları buna tam əsas verir.
Eləcə də Prezident İlham Əliyevin yeni Baş Prokuror Kamran Əliyevi onlayn qəbul edərkən "Azərbaycanda korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq" deyərək cəmiyyətə çağırış etməsini də yada salaq. Mətbuatda yer alan faktlardan və sübutlardan görünür ki, bu üçlüyün həbsi realdır. //Gundelik-baku.com//
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"