Rokfellerlər erməniləri Bakıya qarşı maliyyələşdirir
Hadise
Oxunub: 291
28 may 2020 | 17:17
Rokfellerlər erməniləri Bakıya qarşı maliyyələşdirir


ABŞ QHT-ləri Azərbaycan və İsrailə qarşı çalışırlar və bunun qarşılığında ciddi vəsaitlər alırlar.

Bu məlumatı “Nyusvik” jurnalı yayıb.

“İsrail ikili standartlara vərdiş etməyib. Bəzi hüquq mühafizə qrupları İsraili vurğulayıb, digər ölkələrdə baş verən cinayətlərə və pozuntulara göz yummaqla bağlı üzərilərinə öhdəlik götürüblər”, – deyə məqalənin müəllifi, Haim Solomon Mərkəzinin prezidenti Pol Miller yazıb.

Miller həmçinin İsraildən fərqli olaraq Ermənistanın QHT dünyasında sevimli olaraq göstərildiyini bildirib:

“Sara Liya Uitson Hyuman Rayts Voçun (HRV) bölməsinin keçmiş direktoru və bir müddət Kuinsi İnstitutunun (Corc Soros dəstəkləyir) siyasət və tədqiqatlar üzrə direktoru olub. O belə ikili standartların parlaq nümunəsidir. Bu iki qrup (HRV və Kuinsi İnstitutu) İsrail hökumətinin kəskin tənqidçiləridirlər, amma Azərbaycanla Ermənistan arasındakı çoxillik konflikt kimi digər ərazi konfliktlərini tamamilə görməzdən gəlirlər. Görünən odur ki, Uitsonun Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda qanunsuz yaşayış məskənlərinin tikilməsiylə bağlı heç bir etirazı yoxdur. 2018-ci ildə o bu torpaqlarda ermənilərin məskunlaşmasını icra edən və Qarabağa erməni vətənin ayrılmaz hissəsi kimi baxan Erməni Milli Komitəsi üçün vəsait toplanılması aparıb”.

Məqalədə Uitsonun Dağlıq Qarabağın ermənilər tərəfindən işğalına verdiyi dəstəyi inkar edərək, İsrailə qarşı düşmənçilik təbliğatı apardığı qeyd edilib. Miller belə davranışın koqnitiv dissonans (idrak uyğunsuzluğu) olduğunu bildirib.

Bununla belə məqalədə Uitsonun ikiüzlülükdə tək olmadığı vurğulanıb. Miller Rokfeller Qardaşları Fondunun dünyada sosial dəyişikliklərə, ədalətli, dayanıqlı dünyaya dəstək verdiyini deməyinə baxmayaraq, fondun İsrailə qarşı sanksiya və boykotu təbliğ edən QHT-ləri maliyyələşdirdiyini yazıb. Yazar buna nümunə kimi fond rəhbəri ilə Ermənistan prezidentinin 2019-cu ilin fevralındakı görüşünü göstərib.

Məqalədə Azərbaycana qarşı QHT-lər tərəfindən nümayiş olunan digər ikili standart nümunələrinə də yer verilib:

“Bu ilin əvvəlində Demokratiyanın Müdafiəsi Fondunun yayımladığı hesabatda hökumətlər və QHT-lər tərəfindən olan seçki tənqidinə münasibətdə beynəlxalq münasibətlər sisteminin daha dərin problemlərindən bəhs edilib. Hesabata əsasən, Ermənistanın Dağlıq Qarabağın işğalıyla bağlı hansısa konkret sanksiyalar və məcburi tədbirlərlə toqquşmayıb. BMT Təhlükəsizlik Şurasında Azərbaycan Respublikasının çoxlu sayda dinc əhalsinin köçürülməsi və Azərbaycan ərazilərinin işğalı qınanılıb, amma onlar aqressorun birbaşa identifikasiyasından yayınıblar”.

Miller dünyada erməniliyi dəstəkləyən QHT, təşkilat, xeyriyyə qurumları və hətta siyasətçilərin demək olar ki, hamısının hüquqi mübahisələr və korrupsiya işlərində adlarının hallandığını qeyd edib:

“2018-ci ildə Hayastan Ümumerməni Fondunun rəhbəri Ara Vardanyan vəsaitlərin doğru istifadə edilməməsi və mənimsəməyə görə həbs edilib. FTB-nin ehtiyatda olan agenti Babak Brumand isə bir müddət əvvəl erməni cinayət təşkilatıyla əlaqəli olan, Kaliforniya hüquq mühafizə orqanlarının yaxşı tanıdığı vəkildən rüşvət aldığına görə həbs olunub. Korrupsiya toru, ikili standartlar və bəziləri tərəfindən açıq antisemitizm sayəsində aydın olur ki, Ermənistanın bir sıra tərəfdarları son dərəcə şübhəli dəyərlərə inanır və yayırlar”. (axar.az)
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE