“Koronavirus testlərinin səhv çıxma ehtimalı var” – TƏBİB-dən AÇIQLAMA
Hadise
Oxunub: 354
29 may 2020 | 13:54
“Koronavirus testlərinin səhv çıxma ehtimalı var” – TƏBİB-dən AÇIQLAMA


Dünyada 362 mindən çox insanın ölümünə səbəb olan 6 milyona yaxın insanın yoluxduğu COVID-19 pandemiyası hələ də davam etməkdədir.

Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 191 nəfər yeni növ koronavirusa yoluxub, 2 nəfər isə vəfat edib.

Ümumilikdə isə 4759 nəfərdə koronavirus aşkarlanıb. Məlumat üçün deyək ki, koronavirus testləri Azərbaycana Almaniyadan gətirilir ancaq, bəzi hallarda testlərdə yanlış diaqnoz hallarının müşahidə edilməsi mümkündür. Bu səbəblə bir çox xarici ölkədə test edilən şəxslər bir neçə dəfə yoxlandıqdan sonra onlar barəsində dəqiq qərar verilir. Bəs, Azərbaycanda bu proses necə tənzimlənir?

Mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) müraciət etdik.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Yeniavaz.com-a açıqlamasında bildirdi ki, koronavirus testləri 10-15 faiz səhv çıxa bilər:

“Bu proses bütün dünyada belədir. Ancaq bizdə hələki yanlış diaqnoz faktı qeydə alınmayıb. Bizdə şəxslər ən qısa vaxtda test edilir, əgər cavablar müsbətdirsə, ondan sonra həmin şəxs karantin zonasına gətirilir və xəstəxanada müalicə prosesi başlayır”.

Rəvanə Əliyeva bildirdi ki, Azərbaycanda hər hansı şəxsdə ilk dəfədən koronavirus testləri müsbət çıxıbsa o artıq xəstə hesab edilir və karantin bölgəsinə, digər xəstələrin yanına yerləşdirilir:

“Daha sonra həmin şəxs ikinci dəfə yoxlanılır və cavab mənfi çıxırsa bu o deməkdir ki, xəstə bizə gec müraciət edib və artıq sağalıb”.

R. Əliyevə xəstələrin sağaldıqdan sonra evə buraxılma prosesindən də danışdı:

“Qeyd edim ki, koronavirusa yoluxmuş müalicələrdən sonra testin cavabı mənfi çıxıbsa o, dərhal evə buraxılmır. 5-7 gün sonra yenidən yoxlanılır və əgər ikinci dəfə də testin cavabları mənfi çıxırsa ondan sonra həmin şəxs karantindən sağalmış halda buraxılır”.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE