29-09-2015, 06:50 Oxunub: 772

Bakıda polislə dilənçi arasında dava – VİDEO

Bakıda polislə dilənçi arasında dava – VİDEO













Bakının mərkəzində qarşıdurma yaşanıb. Belə ki, Cəfər Cabbarlı heykəlinin yaxınlığında dilənən qaraçıları polislər saxlayıblar

Azerinfo.az musavat.com-a istinadən xəbər verir ki, bir qaraçı qadın balaca uşağı ilə birgə küçədə dilənirmiş.
Polis əməkdaşları əvvəlcə uşağı götürərək, PPX-a maşınına mindiriblər. Bunun ardından dilənçi qadın qışqırmağa başlayıb. Ətrafdakı insanlar səsi eşidib, hadisə yerinə toplaşıblar.
Polislər qaraçıları maşına güclə mindiriblər. Bu zaman digər bir dilənçi qadın oraya gəlib. Hadisəni görüb və həyəcan keçirib. Halı pisləşən qadın yerə yıxılıb. Ona polis leytenantı ilkin yardım edib. Daha sonra əraziyə təcili yardım çağırılıb və qadın xəstəxanaya aparılıb.
Dilənçilər, daha da dəqiq desək, qaraçı dilənçilər şəhər sakinlərini həddindən artıq narahat edirlər. Polis əməkdaşları onları bir yandan tutub, bölməyə aparsalar da, bir müddət sonra azad etməli olurlar.

Bakıda qadını intim görüntülərinin yayılacağı ilə hədələdilər Bakıda qadını intim görüntülərinin yayılacağı ilə hədələdilər Hadise Bu qadınlar bütün şəhəri aldatdı Bu qadınlar bütün şəhəri aldatdı Hadise Bakı polisindən əməliyyat: 29 dilənçi saxlanıldı Bakı polisindən əməliyyat: 29 dilənçi saxlanıldı Hadise Bakıda dilənçilərə qarşı əməliyyat keçirilib: 78 nəfər saxlanılıb Bakıda dilənçilərə qarşı əməliyyat keçirilib: 78 nəfər saxlanılıb Sosial Bakı metrosunda faciə: Ölən var Bakı metrosunda faciə: Ölən var Hadise