Eldar Mahmudovun həbsinə XİN-dən keçid - GƏLİŞMƏ
Hadise
Oxunub: 375
7 iy 2020 | 19:23
Eldar Mahmudovun həbsinə XİN-dən keçid - GƏLİŞMƏ


ADNA terroru yadınıza gəlir… 2009-cu il aprelin 30-da Neft Akademiyasının II tədris korpusunda 25 nəfər güllələnmiş, onlardan 12-si həlak olmuşdu.

Həmin gün Azərbaycan paytaxtını qana boyayan olaya terror demək cəsarət istəyirdi. Ölkənin milli təhlükəsizliyi üçün məsuliyyət daşıyan MTN rəhbəri Eldar Mahmudovun qılıncının dalı-qabağı kəsdiyindən buna cəsarət edənlər az idi. Kim evindən çıxıb Mahmudovun özəl həbsxanalarında başıaşağı asılıb sorğu-sual edilmək istəyərdi ki?

Əslində plan çox dəqiq yerinə yetirilmişdi – icraçı Fərda Qədirov olay yerində intihar edib bütün sirrləri özü ilə o dünyaya aparmışdı. Gürcüstanın Marneuli rayonundan olan, tanıyanların dilsiz-ağızsız kimi təqdim etdiyi Fərda Qədirovun icraçı olduğu şahidlər tərəfindən təsdiq edilsə də, bugünə qədər cinayətin motivləri ictimaiyyətə açılmayıb. Prosesin tamamilə qondarma olduğunu ömürlük və 11 il həbs cəzası alan daha 4 məhkumun (onların hamısı Gürcüstan azərbaycanlılarıdır) özlərini bu cinayətdə təqsirli bilməməsi də sübut edir.

2009-da ölkədə təhlükəli rüzgarlar əsdirən təhlükəsizlik naziri Eldar Mahmudovun basqısı ilə açılan cinayən işindəki ittihamlara baxın – 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə). Paytaxtın mərkəzində, ali təhsil müəssisəsində 25 nəfərİ gülləyə düz – hüquq sənə “xuliqan” desin… Terror olduğu heç bir şübhə doğurmayan bu olayın bu cür qurama hüquqi qiymətindən sonra istintaqın və məhkəmənin ədalətli aparıldığına inanmaq lap Mahmudovun sevimli şilləvuranı Akif Çovdarovun şərlənib həbs edilməsinə inanmağa bərabərdir.

Terror elə bir cinayətdir ki, hüququn aliliyi təmin olunan ölkələrdə o yalnız bir cinayət faktı kimi qiymətləndirilib istintaq, orqanlarının arxivinə göndərilmir. Üstü açılan hər iri cinayət faktı – o sıradan məmurların korrupsiya əməlləri həmin cinayətləri yenidən gündəmə gətirir, dövlət, hökumət terrora imkan yaradan zəif nöqtələrini daha diqqətlə araşdırır, açıqları bağlayır.

2009-cu ildə ADNA terrorundan dərhal sonra belə bir versiya irəli sürülürdü ki, ölkənin təhlükəsizliyinə məsul nazirlik – MTN bu cinayətin qarşısını almaq yerinə, cinayətdə olan şəxlərin ölkəyə giriş-çıxışına şərait yaradıb. Neft Akademiyasında təhlükəsizliyə cavabdeh vəzifəli şəxslərin istintaq dönəmində MTN tərəfindən himayə olunması haqqında xəbərlər belə bir versiyanı ortaya atmışdı.

Bu gün Azərbaycanda rüşvət zənciri zəif də olsa çözülməyə başlayıb. Cəmiyyətləri deyil, elə hakimiyyətlərin özlərini də içdən gəmirən rüşvət kələfi açıla-açıla bir sıra məqamlar gün üzünə çıxır. DTX-nın 2 gün öncə XİN-də apardığı əməliyyatla bağlı yaydığı videogörüntülər bu mənada çox diqqətçəkicidir. Əcnəbilər açıq etiraf edirlər ki, Azərbaycana sərbəst giriş-çıxış üçün XİN-in vəzifəli şəxslərinə rüşvət veriblər.

Kim istisna edə bilər ki, Pul adlı bütə sitayiş edən Eldar Mahmudov və çevrəsi öz maraqları naminə ADNA terroru layihəsini dəstəkləməyib, rəhbərlik etdiyi əks-kəşfiyyatı təsirsiz hala gətirməyib, terrorçuları ölkəyə sərbəst giriş-çıxışına, silahlanmasına XİN-dəki bağları vasitəsilə şərait yaratmayıb? Mahmudov-Məmmədyarov tandemi haqqında dolaşan xəbərlər DTX-nın XİN-dəki araşdırma ilə bağlı yaydığı görüntülər fonunda bu versiyanı istisna etmir.

Qısası, hüququ ali dərəcəyə yüksəldən ölkələrin təcrübələrindən yararlanmaq faydalıdır. Ölkə miqyaslı hər cinayət, zamanında saxta don geyindirilmiş başqa bir cinayətin açarı ola bilər.
Aygün Muradxanlı //dominant.az//
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...