10-07-2020, 17:17 Oxunub: 202

14 saylı Cəzaçəkmə Müəssisəsində KÜTLƏVİ YOLUXMA - 18 məhbusda COVİD-19 əlamətləri var

14 saylı Cəzaçəkmə Müəssisəsində KÜTLƏVİ YOLUXMA - 18 məhbusda COVİD-19 əlamətləri var


Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində 18 məhbusda COVİD-19 əlamətləri var.

Bu barədə "Amerikanın Səsi"nə Məhbus Ailələrinin Koordinasiya Mərkəzinin koordinatoru Zəfər Əhmədov bildirib.

“Həmin məhbuslara neçə gündür iynə vururlar, amma halları get-gedə pisləşir. Bu gün, iyulun 9-da günorta saatlarında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən gəlib analizlər götürüb aparıblar. Bu saatlarda zonda narahatlıq panika səviyyəsindədir. Koronavirus əlamətləri olan məhbuslar hələ də müəssisənin sanitar-tibb hissəsinə yerləşdirilməyib. Bəzi məhbusların bədən temperaturu 39 dərəcəyədək yüksəkdir,” o qeyd edib.

Sosial şəbəkələrdə həmçinin 2 saylı Cəzaçəkmə Müəssisəsində COVİD-19 inveksiyasına yoluxan məhbusların olduğu barədə də məlumatlar yayılıb.

“Deyirlər koronavirus tüğyan edir. Məhbuslar qəfil yıxılıb huşunu itirir,” Arzu Abdulla Gülzaman adlı "facebook" istifadəçisi səhifəsində yazır.

"Amerikanın Səsi"nin Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən və cəzaçəkmə müəssisələrindən məlumat alması hələ mümkün olmayıb.
11 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İDDİA 11 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İDDİA Sosial Tibb müəssisəsindən qaçan koronavirus xəstəsi belə saxlanıldı – VİDEO Tibb müəssisəsindən qaçan koronavirus xəstəsi belə saxlanıldı – VİDEO Hadise / Video 13 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM 13 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM Sosial 13 saylı cəzaçəkmə müəssisəsi haqda iddialara rəsmi münasibət 13 saylı cəzaçəkmə müəssisəsi haqda iddialara rəsmi münasibət Hadise Bakıda həbsxanalarda məhkumlara qarşı zorakılıq edilib? – PX-dən açıqlama Bakıda həbsxanalarda məhkumlara qarşı zorakılıq edilib? – PX-dən açıqlama Kriminal