Xəzər dənizi quruyur – XƏBƏRDARLIQ
Hadise
Oxunub: 470
8 avq 2020 | 16:00
Xəzər dənizi quruyur – XƏBƏRDARLIQ


Son 500 ildə Xəzər dənizinin ən aşağı səviyyəsi mənfi 29 metr olmaqla, 1977-ci ildə qeydə alınıb.

Turkustan.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik olaraq dəyişmələrin şahidi oluruq:

“ Xəzər dənizinin səviyyəsi 1977- ci ildə Baltik Sistemi ilə mənfi 29,00 m olmuşdur ki, bu da son 500 ildə onun ən aşağı səviyyəsi kimi qeydə alınır. Xəzərin səviyyəsi 1978-ci ildən başlayaraq ildə orta hesabla 15 sm/il sürətlə artmış və 1995-ci ildə ən yüksək səviyyəyə ( -26,50 m BS ) çatmışdır. Bu zaman dənizin səviyyəsi 1977-ci illə müqaisədə 2,50 m yüksək olmuşdur”.

U.Tağıyeva qeyd edib ki, 2006-cı ildən etibarən Xəzərin səviyyəsində müntəzəm enmə müşahidə olunur, 2020-ci ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə – 27,90m qeydə alınmışdır.

Xidmət rəisi əlavə edib ki, Xəzər dənizində səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən – onu qidalandıran çaylar və düşən yağıntının miqdarı, həmçinin su səthindən buxarlanma və Qaraboğazqol körfəzinə olan axımdan asılıdır. Bundan əlavə dəniz dibində baş verən tektonik hərəkətlər (yeraltı axınlar və s.) də dəniz səviyyəsinin dəyişməsinə xüsusi təsir göstərir. Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımı dəniz səviyyəsinin dəyişməsində mühüm rol oynayır.

U.Tağıyeva qeyd edib ki, son illər Volqa çayının axımında da azalma müşahidə edilməkdədir:
“Ötən ilin birinci yarısı mənsəb hissədə Volqanın illik axımı 114 km3 təşkil etmişdir ki, bu da orta çoxillik normadan (146 km3) əhəmiyyətli dərəcədə azdır. Xəzər hövzəsində baş verən iqlim dəyişmələri də dəniz səviyyəsinin azalmasında başlıca amillərdən biri hesab edilir”.

Enmənin nə vaxta qədər davam edəcəyinə gəldikdə, U.Tağıyevanın sözlərinə görə, əslində, dəniz səviyyəsinin dinamikası barədə uzunmüddətli proqnoz vermək mümkün deyil: “Çünki əvvəllər də hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmadı. Xəzəryanı ölkələrin Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi tərəfindən (KASPKOM) beş xəzəryanı ölkənin birgə məlumatları əsasında dəniz səviyyəsinin dəyişməsi barədə yarımillik proqnozlar hazırlanır. Ən son proqnozlara əsasən demək olar ki, Xəzərin səviyyəsi 2020-ci ilin ilk kvartalında da əvvəlki illərlə müqayisədə nisbətən aşağı olacaq”. (modern.az)
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO