Şəmkirin başçısı ilə bağlı ŞOK İDDİA - Sən demə...
Gundem / Bolge
Oxunub: 671
19 mar 2021 | 23:39
Şəmkirin başçısı ilə bağlı ŞOK İDDİA - Sən demə...


Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla bağlı media üzərindən araşdırma aparanda maraqlı bir faktla rastlaşdıq.
Deməli, Alimpaşa müəllim keçmişdə toylarda tamadalıq edirmiş və təsadüfən toyda o zamankl Vergilər naziri Fazil Məmmədovla rastlaşır və birgə rəqs edirlər. Və o gündən Alimpaşa müəllimin bəxti açılır.
Əslində bu təəccüblü də deyil.
Çünki neçə-neçə toylarda qarmonçalan, kafedə ofisiant işləyən, mantyor icra başçıları tanıyırıq.
Alimpaşa müəllim da onlardan biri. Təəccüblü nə var ki.
Təəccüblü odur ki, bu adam barəsində icra hakimiyyətinin rəsmi saytında 2 cümlə var:
Alimpaşa Adil oğlu Məmmədov Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bu adam, neçənci ildə anadan olub, ümumiyyətlə, doğulubmu, harada oxuyub, hansı ali məktəbi bitirib, hərbidə olubmu, Bakı boyda şəhərin Vergilər Departamentinin rəisi olanadək harada olub və s.
Əlbəttə, biz demirik ki, icra hakimiyyətinin rəsmi saytında icra başçısının toylarda tamadalıq etməsi yazılsın. Amma heç olmasa ali məktəb, texnikum-zad bitirməsi ilə bağlı bircə cümlə olsun də.
Yazılanlardan bəlli olur ki, vergilər naziri Fazil Məmmədovun “vuran əli” olan A.Məmmədov Salyan və Şəmkir vergi idarələrinin rəisi də olub. Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir dostunu Şəmkirə vergiyə müdir göndərib. Oradan isə Şəmkirin o vaxtkı icra başçısı Aslan Aslanov onu rayondan qovalayıb.
Nazir bu dəfə də dostunu xilas edib. Onu nazirliyin Operativ Nəzarət İdarəsinə rəis təyin edib. Bir müddət burada işlədikdən sonra Səbail Vergi İdarəsinə rəis təyin edilib. Burada yenidən “ilişib” iri ranqlı məmurun buynuzuna . Və nazir Alimpaşanı nazirlikdən qovmağa məcbur olub. Sonra yenidən bərpa edib…Və bu dəfə Sumqayıt vergisinə rəis göndərib. Sumqayıtda sahibkarla divan tutmağı barədə hələ də söhbət gedir. Sonra Bakı şəhəri vergilər Departamentinə rəis təyin olunub. Bircə cümlə ilə bu vəzifənin nə olduğunu izah edək: Azərbaycan üzrə toplanan verginin 83 faizi Bakının payına düşür. Məncə, əlavə şərhə ehtiyac yoxdur.
Beləcə Alimpaşa müəllim qovula-qovula, zəlzələdən, ya da vəlvələdən 2014-cü ildə Şəmkirə icra başçısı təyin olunub.
Şəmkirdə olan zaman 6 hektar ərazidə yerləşən, 43 milyon manata başa gələn “Azfarel” balıqyetişdirmə müəssisəsinə sahib olub. Təsəvvür edirsiniz Qafqazın ən böyük balıqyetişdirmə müəssisəsi.
Bu nəhəng zavodu kim idarə etsə yaxşıdır ?
Alimpaşanın keçmiş MTN-dən qovulan oğlu Alim Məmmədov.
Bəli, cənab icra başçısının biznesi sərhəd bilmir, nəhəng Rusiyada başçının müxtəlif sektorlarda biznes şəbəkəsi var.
Ancaq bütün bunlar Alimpaşa Məmmədova bəs etmir. O şəhid məzarlarından da pul qazanır.
Əlbəttə, yüz milyonlara sahib adamın şəhid məzarlarından pul qazanması dəhşətlidir.
Bəli, Şəmkirin hər yerinə pul kisəsi kimi baxan A.Məmmədov rayonun Şəhidlər Xiyanabında dəfn olunmuş şəhidlərin üst (sinə) daşlarını “Salyan-Masallı MMC” nin mərmər fabrikinə sifariş edib, düzəltdirib. Ancaq həmin fabrikə 700 min manat pul atıb.
Beləliklə, diriləri soymaqdan doymayan icra başçısı indi də şəhidlərimizdən qazanır.
Burda deyirlər, sözün bitdiyi yer… //gundelik-baku.com//
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası