22-08-2020, 14:11 Oxunub: 446

Ramiz Mehdiyevin kürəkəni həbs edildi — YENİLƏNİB + VİDEO

Ramiz Mehdiyevin kürəkəni həbs edildi — YENİLƏNİB + VİDEO


Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevə hökm oxunub.

Oxu.az-ın müxbiri xəbər verir ki, o, 15 sutka inzibati həbs cəzası alıb.



***

Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron rayon məhkəməsinə gətirilib.

"Ölkə.Az"ın məlumatına görə, karantin rejiminin tələblərini pozduqları üçün məhkəmə qarşısına çıxarılıblar.
Onlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə ittiham olunurlar.


Prosesə hakim Şövkət Nəcəfovanın icraatında baxılır. oxu.az

***

Abşeron rayonunda karantin qaydalarını pozaraq övladına toy etmiş sabiq deputat İlhаm Əliyev hakim qarşısına çıxarılır.

Abşeron rayon Məhkəməsində onun və toy məclisində iştirak etmiş daha bir neçə nəfərin cərimələnəcəyi gözlənilir.

Onların İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) cərimələnəcəyi ehtimal edilir. Həmin madə ilə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.
Qeyd edək ki, həmin toy mərasimi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə video yayılıb. Görüntülərdə hazırda vəzifə tutan və sabiq məmurların toy mərasimində iştirak etdiyi görünür.

///Report

Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı DİN-dən AÇIQLAMA — VİDEO Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı DİN-dən AÇIQLAMA — VİDEO Sosial Azərbaycanda karantin rejimi qaydalarını pozan vəkil həbs edildi — FOTO Azərbaycanda karantin rejimi qaydalarını pozan vəkil həbs edildi — FOTO Hadise Azərbaycanda oğluna toy etmək istəyən ata həbs olundu, qonaqlar cərimələndi — FOTO Azərbaycanda oğluna toy etmək istəyən ata həbs olundu, qonaqlar cərimələndi — FOTO Hadise Prezidentdən fərman: Karantin rejiminin pozulması ilə bağlı maddə siyahıya salındı Prezidentdən fərman: Karantin rejiminin pozulması ilə bağlı maddə siyahıya salındı Siyaset Karantin rejimini pozmağa görə 5 il həbs və ya 5 min manat cərimə Karantin rejimini pozmağa görə 5 il həbs və ya 5 min manat cərimə Hadise