Ucar, Lənkaran və Qaxda avtoqəzalar olub, xeyli yaralı var
Hadise
Oxunub: 1 151
9 okt 2015 | 14:32
Ölkədə yol qəzaları səngimək bilmir. Ucarda baş verən qəzada 6 nəfər yaralanıb. Lənkaranda 24 yaşlı gənc, Qaxda isə II qrup əlil qəza törədib.
Ucar, Lənkaran və Qaxda avtoqəzalar olub, xeyli yaralı var
Ucarda baş verən hadisə rayonun Müsüslü kəndi ərazsindən keçən hissəsində qeydə alınıb. 29 yaşlı Elşən Hacıyevin idarə etdiyi “Mercedes Vita” markalı mikroavtobusla, 54 yaşlı Yaqub Xeyxəbərovun idarə etdiyi “İsuzi” markalı yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusada olan sərnişinlər Ucar rayon sakinləri 51 yaşlı Mələk Hüseynova, 17 yaşlı Mehriban Səfərova, 7 Azər Səfərov, 14 yaşlı Günel Səfərli Ucar rayon Mərkəzi Xəstəxanasına, 37 yaşlı Şəfiqə İslamova və onun həyat yoldaşı 45 yaşlı İlqar İslamov müxdəlif bədən xəsatətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir. İlkin versiyaya görə, hadisəyə səbəb mikroavtovusun dönmə əməliyatının düzgün aparmaması göstərilir.

Lənkəranda isə avtomobil ağaca çırpılıb və yanmağa başlayıb.

Hadisə Ələt-Astara magistral yolunun Lənkəran şəhəri ərazisindən keçən, 199-cu kilometrliyində baş verib. Masallı rayonu, Təzə Alvadı kənd sakini 24 yaşlı Ağabala Şərifov idarə etdiyi "VAZ 2107" markalı avtomaşınla, yağışlı hava şəraitində idarəetməni itirərək yoldan çıxıb. Avtomobil yol kənarında ağaca çırpılaraq yanmağa başlayıb. Sürücü yaralı vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan yaralının baş nahiyəsindən xəsarət aldığı və vəziyyətinin ağır olduğu bildirilib.
Qaxda isə ikinci qrup əlil qəza törədib. Hadisə Qax rayonunun Fıstıqlı kəndində baş verib. Belə ki, rayonun Güllük kənd sakini, 36 yaşlı anadangəlmə yerimə qüsurlu Xalid Mənəfov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Fıstıqlı kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun kənarındakı kanala aşıb. Avtomobildə tüstülənmə olduğundan hadisə yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub və yanğının qarşısı alınıb. Qeyd edək ki, Xalid Mənəfov maşının şüşəsini sındıraraq özünü xilas edib. O, avtomobildə tək olub.

Bütün faktlarla bağlı aidiyyatı orqanlar tərəfindən araşdırmalara başlanılıb.

http://kepeztv.az/
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır