“O, hakimiyyətdə qalacaqsa, Azərbaycanla əməkdaşlığa getməyə çalışacaq...” - Gözlənti
Dunya
Oxunub: 375
8 may 2021 | 18:20
“O, hakimiyyətdə qalacaqsa, Azərbaycanla əməkdaşlığa getməyə çalışacaq...” - Gözlənti


Ermənistanda qalibiyyətlə nəticələnən “məxməri inqilab”ın 3 il tamam oldu. 2018-ci ilin bu günündə Nikol Paşinyan parlamentdə baş nazir seçilməklə hakimiyyət dəyişikliyini legitimləşdirdi. İnqilabın 3 ildə Ermənistana nə verdiyi yönündə fikirlər səslənir. Bu da var ki, 10 noyabrda Paşinyan kapitulyasiya sənədinə qol çəksə də, ermənilər yenə ən çox ona etimad göstərir.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı 3 il öncəki olayı inqilab saymır: “Ermənistanda təxminən bir ay davam edən və 8 mayda Paşinyanın baş nazir seçilməsi ilə nəticələnən hərəkatı başqa cür adlandırmaq olar. O vaxt da bildirmişdim, bu gün bir daha təkrar edirəm ki, bu, başıpozuq bir hərəkat idi və küçə adamlarının hakimiyyətə gəlməsi ilə nəticələndi. İnqilab istənilən halda keyfiyyət dəyişikliyini nəzərdə tutur. O vaxt heç bir keyfiyyət halı baş vermədi, sistem, ideologiya, prinsiplər olduğu kimi qaldı. Sadəcə, hakimiyyətin yuxarısında bir axmağı başqa birisi əvəz etdi. O da ağılsız erməni siyasətini davam etdirdi. Ona görə də inqilabdan danışmaq yersizdi. İnqilab olsaydı, bu 3 ildə Ermənistana nəsə verərdi. Yaxşı heç nə vermədi. Azərbaycana qarşı haqsız iddialardan geri çəkilmədilər, Qarabağ məsələsinin beynəlxalq hüquq və Azərbaycanın ədalətli mövqeyi üzərindən həllinə getmədilər. Düşüncələri Njdenin heykəllərindən o tərəfə keçə bilmədi. Njdenin faşist ideyasının milli ideyaya çevirmək istiqamətində bir az da irəliyə getdilər, iqtisadi və siyasi müstəqilliklərini tamamilə itirdilər. Rusiyanın forpostu yox, ayaqaltı əskisinə çevrildilər, iqtisadi və siyasi bankrot həddinə çatdılar.

Bütün bunlara baxmayaraq, sizin də dediyiniz kimi, hələ də Paşinyana etimad göstərirlər. Daha doğrusu, bu etimad deyil, alternativ real siyasi qüvvənin olmamasıdır. Son 3 il yox, 30 il ərzində aparılan işğalçı və ilhaqçı siyasət, təbliğat nəticəsində Ermənistan cəmiyyəti deqradasiyaya uğrayıb, xəstə halına düşüb. Bu vəziyyətdə, bu xəstə cəmiyyətdə sağlam siyasi qüvvənin meydana çıxması mümkün deyil. Sağlam siyasi qüvvə olmadığına görə insanlar hələ də Paşinyanın ətrafından uzaqlaşa bilmirlər, alternativ görmürlər. Bu bədbəxt ölkədə normal proseslərin getməsi üçün sağlamlamlaşma baş verməlidir. Sağlamlaşmanın əsas elementi isə onların Türkiyə və Azərbaycana münasibətlərinin dəyişnməsindən keçir. Orada isə hələ ki “xoşbəxtlik”lərini Rusiya ilə bağlayanlar çoxluq təşkil edir, bəzilərə isə ümidlərini Amerikaya bağlayırlar. Deməli, hələ də səhv yoldadırlar. Nicat yolları üzü Azərbaycana, Türkiyəyə tərəfdir. Bunu isə başa düşməkdən uzaqdırlar".

Politoloq Məhəmməd Əsədullazadə: “Ermənistanda baş verən inqilabdan sonra demək olar ki, ölkədə iqtisadi-siyasi proseslərdə heç də ciddi dəyişikliklər nəzərə alınmadı. İnqilabdan sonra xalqın gözlədiyi demokratik islahatlar həyata keçirilmədi. Hətta mətbuata qarşı hücumlar baş qaldırdı. Ölkədə dövlət institutlarına xalqın etimadı kifayət qədər azaldı. Baş nazir Nikol Paşinyan yalnız korrupsiyaya qarşı mübarizədə və Qarabağ klanına qarşı mübarizədə müəyyən effektli prosesə nail oldu. Amma xalqın hakimiyyətdən gözləntisi əsasən baş tutmadı. Ümumiyyətlə, Paşinyanın hakimiyyəti Ermənistana o mənada müsbət perspektivlər vəd edəcək ki, Mehri dəhlizi açılacaq və regionda iqtisadi inkişaf həyata keçiriləcək. Paşinyan müharibədə kapitulyasiyaya imza atdığına görə xalq ona görə onun üzərinə getmədi ki, konkret olaraq praqmatik bir siyasət ortaya qoydu və Ermənistanın inkişafını Azərbaycan və Türkiyədən asılı olduğunu əsaslı şəkildə qeyd edirdi. Ona görə də xalq üçün Qərbə inteqrasiya və regionda sülhün təmini və iqtisadi inkişaf bütün məsələlərdən prioritet idi. İnqilab Ermənistanı Qarabağ yükündən azad etdi. Paşinyan hakimiyətdə qalacaqsa, Azərbaycanla əməkdaşlığa getməyə çalışacaq. Xalq əgər, seçkilərdən sonra Paşinyanın islahatlarının şahidi olmasa təbii ki, onu devirəcəklər. Qeyd edim ki, Paşinyanın inqilabi regionda Rusiyasız bir Ermənistan qurmaq, Qərblə inteqrasiya və Azərbaycanla normal əlaqələri qurmaq siyasəti həyata keçirilir. Erməni xalqı hələki onu dəstəkləyəcək. Revanşistlər ona görə xalqın dəstəyini ala bilmir ki, birbaşa müharibənin tərəfdarlarıdır”.
“Yeni Müsavat”
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE