Şəki sakini kimlərdən narazılıq edir - GİLEY
Bolge
Oxunub: 459
17 may 2021 | 22:22
Şəki sakini kimlərdən narazılıq edir - GİLEY


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım M.Əliyevaya,

Azərbaycan Respublikası Prezident administrasiyasının müdiri cənab S.Nuriyevə,

Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədova,

Azərbaycan Respublikasının Prezident Adminsistrasiyasının hüquq şöbəsinin

rəhbəri cənab F.Ələsgərova,

Azərbaycan Respublikasınınİqtisadiyyat naziri cənab M.Cabbarova,

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Təminat naziri S.Babayevə,

Azərbaycan Respublikasınınİ səhiyyə nazirinə,

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti rəisi cənab Ə. Nağıyevə,

AR-nın ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin sədrinə,

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi cənab N.Rəcəbova,

Şəki rayon Prokurorluğuna,

Azərbaycan Respublikası Ombudsman Aparatının sədri xanim S.Əliyevaya,

Şəki rayonu, Baş Göynük kənd sakini, gözdən məhrum Şərifov Akif Həmid oğlu tərəfindən

“ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Şəki Regional Şöbə həkimlərinin özbaşnalığından və korrupsiya əməllərindən

Ş İ K A Y Ə T

Əvvəlcə bildirim ki,mən 1966-ci ildə Şəki rayonun Baş Göynük kəndində andan olmuşam. Və 05.07.2020-cu ildə gözümdən aldığım ciddi xəsarət nəticəsində Z.Əliyeva adına oftalmologiya İnstitunda cərrahi əməliyyat olundum. Həkimlər bir gözümün tam çıxarılmasına qərar verdilər. Hazırda da müalicəmi davam etdirirəm. Gözdən məhrum edildiyimə görə sənədlərimi əlilliyin müəyyən edilməsi üçün ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Şəki Regional Şöbsinə 2020-ci ilin payızında təqdim etmişdim. Sağ olsun Şəki rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçini ki. o məni səmimi qəbul edib dedi ki, narahat olma hər şey göz qabağındadır. Sənin əlilliyinin təyin edilməsi üçün bir də əziyyət çəkib Bakıya getməyinə heç bir ehtiyac yoxdur. Sənə ƏƏSSMN-nin buradakı şöbəsinin komissiysı baxıb forma 88 göndərişi verəcəklər. Mən də dəflərlə bu kəkim komissiysına müraciətlər etsəm də məni hər bəhanə ilə yola salırdılar. Aylarla məni süründürdülər. Mən başa düşdüm ki, bu həkim dəstəsinə pul verməsəm işim düzələn deyil. Ona görə məcbur olub olan qalan 50 manat pul təklif etdim ki, bəlkə insafa gəlib forma 88 yazıb təsdiq üçün Bakıya göndərsinlər. Xeyri olmadı. Nəhayət bu yazda yuxarı orqanlara etdiyim şikayətlərdən sonra onlar bezib mənim əlilliyim təyin olunması üçün forma 88-i göndərdilər. Və bu ayın əvvəlində ƏƏSMN-dən belə bir cavab aldım ki, “Əlillik vəziyyətinizin qiymətləndirilməsilə bağlı PA-dan daxil olmuş məktubunuza əsasən bildiririk ki, 07.10.2020-ci ildə əlilliyin qiymətləndirilməsi zamanı məlum olmuşdur ki, göndəriş natamam doldurulduğu ( Tibbi rəy Səhiyyə Nazirliyinin reyestrinə daxil edilməmişdir.) barədə qərar qəbul edilmişdir.”

Rəsmi cavabdan göründüyü kimi, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Şəki Regional Şöbəsinin vicdansız v süründürməçi həkim komissiysı qəsdən bezib yazdıqları forma 88 i SN-nin reyestr kitabına daxil etməyiblər ki, işim düzəlməsin. Və mənim kimi yüzlərlə əlilliyin müəyyən edilməsi üçün müraciət etmiş digərlərinə də ibrət dərsi olsun ki, rüşvət verməyən şəxslərin aqibəti belə də olmalıdır. Guya illər uzunu fəaliyyət göstərən şəhla həkimin sədr olduğu bu Tibbi –Sosial Ekspertiza komissiysı bilmirlr ki, tibbi rəy hökmən Səhiyyə Nazirliyinin reyesrtinə daxil olmalıdır? Bilirlər. Onlar sadəcə məni bu şərəfsiz üsulla cəzalandırırlar ki, rüşvət verməyənin işi düzələn deyil!. Bu aprel ayında yenə Şəkidəki Tibbi – Sosial Ekspert komissiyasına müraciət etdim ki, yenidən forma 88 versinlər. Komissiyanın sədri Şəhla həkim sənəddə mənim adımı görən kimi bağırdı ki. bu adam yuxarılara şikayət yazıb. Elə bu jest bəs etdi ki, yenə mənə göndəriş verilmədi. ƏƏSMN isə rəsmi cavab yazır ki, yenidən forma 88 göndərilərsə əlilliyin qiymətləndirilməsinə baxıla bilər. Sağ olsunlar. Amma mən nə edim ki, Şəhlanın vicdansız komissiyasına mənim verməyə 1500 manat pulum yoxdur.?Budur 10 aydır ki, yollarda, qapılarda qalmışam. ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Şəki Regional Şöbəsi də qəti olaraq bildirlər ki, yeni göndəriş verən deyilik. Axı mənim günahım deyil ki, özləri forma 88 –i qəsdən natamam doldurublar. Mənim kimi müraciət edənlər də bildirdilər ki, yazıqsan, özünü çox yorma, bu həkim komissiyası rüşvvətlərini almasalar nə dədələrindən, nə bacılarından,nə də xalalaırndan belə keçən deyillər.” Deməli, bu həkim komissiyası ya Nazirlikdə oturan haramzada-quldur dəstəsinə hesabat verirlər ki, aldığımız bu pulun müqabilndə bu forma 88 düzgün yazıb göndəririk. Onlar da təsdiq edirlər. Axı məntiqlə başqa cür nə düşünmək olar?

Ona görə də DTX rəhbəri cənab Əli Nağıyevdən xahiş edirəm ki, mənə də 1500 manat nömrəli puldan göndərsin ki, aparım verim bu komissiyaya ki, işim düzəlsin. Axı mənim bir gözüm faktiki olaraq yoxdur. Olmayan orqan da sağalan deyil. Bu komissiya da pulunu almamış mənə yenidən forma 88 vermir. Nazirlik də formal tələb edir ki, göndəriş olsa əlilliyin qiymətləndilməsinə baxa bilərik.

Cənab Prezident! ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Şəki Regional Şöbəsinin son 10 ildə öküz kimi sağlam adamlara necə əlillik dərəcələri yazmaları barədə aparılan araşdırmalardan da , ləğv edilən çoxsaylı dərəcələrdən də, yerli insanların verdikləri pullar müqabilində təkcə Zaqatala bölgəsindəAzərbaycan üzrə ən çox “əlillin” qeydiyyatda olan əhhalinin 8 %-nin, real yaşayan əhalinin isə 13%-nin təyin ( Yəni kurort zonasında bu rəqəmlər özü təsdiq dir ki, təyinatların ən azı 30 %-i saxtadır.)etdiyi belə bir komissiyanın işinin araşdırlmasına zəruriyyət yaranmışdır.

Sizdən çox xahiş edirəm. Mənim təqdim etdiyim sənədərin əvvəlcə əsaslar üzrə yoxlanılaraq əlilliyin müəyyən edilməsi üçün yeni forma 88 göndərişinin yazılmasına və ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Şəki Regional Şöbə komissiyasının korrupsiya əməllərinə hüquqi qiymətin verilməsi barədə aidiyyatı üzrə göstərişlər verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm.

İmza: Şərifov Akif Həmid oğlu ( mob. 070-251 09 10)

Tarix: 11 may 2021-ci il.

Şəki sakini kimlərdən narazılıq edir - GİLEY
Şəki sakini kimlərdən narazılıq edir - GİLEY
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi