KEFQOM DEPUTATLA bağlı daha bir iddia... - Nələri var imiş...
Sosial
Oxunub: 441
20 may 2021 | 20:19
KEFQOM DEPUTATLA bağlı daha bir iddia... - Nələri var imiş...


Ötən yazımızda qeyd etmişdik ki, Azərbaycanda ən böyük korrupsiya Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundadır.
Yenə xatırladaq ki, bu Fond dövlətin, daha dəqiq desək Neft Fondunun ayırdığı yüz milyonların, milyardların hesabına məcburi köçkünlər üçün binalar, şəhərciklər, qəsəbələr tikir. Yəni bu böyük miqyasda korrupsiya mənbəyidir. Bu boyda tikintiyə sərf olunan inşaat materiallarının qiymətləri az qala 15-20 dəfə şişirdilir, ucuz işçi qüvvəsinə kağız üzərində hansı əmək haqları verilir və s.
Yəni bu sahə misli görünməyən bir korrupsiya poliqonudur.
2007-2013-cü illərdə bu fondun direktoru Ayaz Orucov olub. Onun fondun hesabına yığdığı milyonlar barədə bütün ölkə mətbuatı danışıb. Və sonda oldu deputat və hazırda professordur və Azərbaycan Memarlıq və İnşaat Universitetində “Azərbaycan Mühəndislik İqtisadiyyatı” kafedrasında müəllim işləyir.
Sonra fondun direktoru Fərhad Təhməzov oldu və o milyonları mənimsəyib qardaşlarının biznesi yatırdı və hazırda MİDA MMC-nin direktorudur.
Fərhad Təhməzovdan sonda fondun direktoru Mahir Abbaszadə oldu. O, uzun müddət bank sektorunda çalışıb və 2018-ci ildən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorudur və eyni zamanda Laçın rayonundan deputatdır.
Bu yazıda əsas məsələ Mahir Abbaszadə ilə bağlıdır. Niyə ?
Bu gün ölkə mətbuatında yayılan xəbərə görə, Mahir Abbaszadə başının dəstəsilə Laçına ziyarətə gedib və orada içki məclisi qurub. Və bu azmış kimi şəhidin adına olan bulaqda araqlarını soyudublar. Həmin içki məclisində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev də iştirak edib. Bu barədə mətbuatda fotolar və görüntülər yayılıb.
Biz kiminsə yeyib-içməyini güdməklə məşğul deyilik. Amma insan nə qədər şərəfsiz ola ki, şəhidin adına olan bulağa araq şüşüələri doldura.
İkincisi, Mahir Abbaszadə hər yerdə qeyd edir ki, əməkdar müəllim Tapdıq Abbasovun oğluyam, şair Zahir Abbasın qardaşıyam.
Görəsən, müəllim atası, şair qardaşı Mahirə deməyib ki, şəhidlərin adı və xatirəsi müqəddəsdir. Sən araq içməyə yer tapmırsan, ay zıyalı oğlu..? Sən kef məclisi qurursan ?
Görəsən, bu adama hansı laçınlılar səs verib ?
Bu adam bütün açıqlamalarında deyir ki, mənim biznesim yoxdur.
Buyurun Mahir Abbaszadənin biznesi və əməlləri ilə tanış olun.
Mahir Abbaszadənin sayəsində "AZ.İNŞAAT-M.V." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ son bir il ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun elan etdiyi 15 milyon manatlıq 3 tenderin qalibi elan edilib.
MMC-nin nizamnamə kapitalı 10 manatdır, əldə etdiyi dövlət sifarişləri Abşeron, Ağcabədi və Kürdəmir rayonlarında məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış binasının, fərdi evlərin, sosial və texniki infrastruktur obyektlərinin tikintisi işləridir.
Bunlardan biri Abşeron rayonu ərazisində tikilən 54 mənzildən ibarət olan 9 mərtəbəli 37 nömrəli binadır. Binanın smeta dəyəri 3.018.491 manatdır".
Ötən ilin fevralında fond Göyçay rayonunda 80 mənzillik yaşayış binasının tikintisinə dair «AZ.İnşaat-M.V.» MMC ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 4 milyon 891,447 min manat təşkil edir. Fond tərəfindən Şeylanlı qəsəbəsində 98 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün daha bir tender keçən ilin noyabrında “AZ.İnşaat-M.V.” ММC-yə həvalə olunub. Bu layihə üzrə dövlət sifarişinin dəyəri 6 milyon 963 min 828 manat təşkil edir. Sadə kalkulyasiya hesablaması ilə 3 otaqlı kürsülü bir məcburi köçkün evi nə az-nə çox 71 min manatdan baha hesablanıb. Tikinti mütəxəssislərinin rəyinə görə belə fərdi həyət evlərinin tikintisi tikinti materiallarının mövcud parakəndə satış qiymətləri ilə 25-30 min manata başa gəlir.
Deməli, qiymətlər 3 dəfə şişirdilir...
İndi keçək Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 15 milyon manatlıq tenderlərində "qalib" edilmiş şirkətin sirli təsisçisinin kimliyinə. Gürcüstan Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyinə təqdim edilmiş sənədlərə görə, “AZ.İnşaat-M.V.” MMC 2007-ci ilin yanvarın 23-də təsis edilib. Əlavələrdə təqdim etdiyim sənədlərdə də qeyd olunduğu kimi şirkətin təsisçisi 100 faizlik pay hüququ ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon bina 29/69 ünvanında qeydiyyatda olan ABBASZADƏ MAHİR TAPDIQ oğludur. Bəli, 2015-ci ildən Milli Məclisin deputatı və 2018-ci ildən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilmiş Mahir Abbaszadə!
Bəs deyirsən biznesim yoxdur, cənab deputat ? Bəs bu nədir ?
Yeri gəlmişkən Mahir Abbaszadənin qardaşı, "Nikoil Bank"ın Sumqayıt filialının müdir müavini Abbas Zahir Tapdıq oğlu (Zahir Abbas) da ötən il mənimsəmə, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilmişdi. Lakin deputat qardaşını həbsdən qurtara bilmişdi.
Bəli, şəhid bulağında kef çəkən deputat və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda rəhbəri dövlət büdcəsindən ayrılmış külli-miqdarda vəsaiti birbaşa öz cibinə yönəldir. Həm də çəkinmədən və açıq şəkildə. //gundelik-baku.com//
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO