19-10-2020, 18:18 Oxunub: 67

Tərtərdə son vəziyyət: 300-ə yaxın mərmi düşüb, 15 ev dağılıb

Tərtərdə son vəziyyət: 300-ə yaxın mərmi düşüb, 15 ev dağılıb


Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.
Oxu.az xəbər verir ki, oktyabrın 19-u səhər saatlarından başlayaraq düşmən rayon ərazisinə 300-ə yaxın top mərmisi atıb.

Ermənilərin dinc sakinləri hədəfə alaraq ağır artilleriya vasitəsilə atdığı top mərmiləri nəticəsində ümumilikdə 3 ev tamamilə dağılıb, 15 evə külli miqdarda ziyan dəyib.

Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Ələsgərli kənd sakini, 1962-ci il təvəllüdlü Səlimov Niyaz Hüseynalı oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, yaşadığı evə isə ciddi ziyan dəyib.

Xatırladaq ki, Tərtər rayonu ərazisində düşmən tərəfindən atılan top mərmisi nəticəsində ümumilikdə 14 nəfər ölüb, 53 nəfər yaralanıb.
Ermənistan Ağcabədi və Tərtərə raket atıb - SON DƏQİQƏ Ermənistan Ağcabədi və Tərtərə raket atıb - SON DƏQİQƏ Hadise Ermənilər səhər saatlarında Tərtərə 250-yə yaxın top mərmisi atıb Ermənilər səhər saatlarında Tərtərə 250-yə yaxın top mərmisi atıb Hadise Tərtərdə dəfn zamanı düşmən qəbiristanlığa mərmi atıb, üç mülki şəxs ölüb, üçü yaralanıb Tərtərdə dəfn zamanı düşmən qəbiristanlığa mərmi atıb, üç mülki şəxs ölüb, üçü yaralanıb Hadise Düşmən Tərtəri yenidən atəşə tutdu, mülki şəxs öldü Düşmən Tərtəri yenidən atəşə tutdu, mülki şəxs öldü Hadise Düşmən ötən gün Tərtərə 400-ə yaxın mərmi atıb, 8 ev tamamilə dağılıb Düşmən ötən gün Tərtərə 400-ə yaxın mərmi atıb, 8 ev tamamilə dağılıb Hadise