Ölkə yolları növbəti avtoqəzalara şahidlik etdi
Hadise
Oxunub: 1 252
14 okt 2015 | 16:10
İmişlidə toy şənliyindən çıxıb evə gedən gənclər qəzaya düşüb. Hadisə zamanı 2 nəfər dünyasını dəyişib, 4 nəfər xəsarət alıb. Bakıda da yol nəqliyyat hadisə baş verib. “Mercedes”le “İnfiniti” markalı avtomobillərin toqquşması iki nəfərin xəsarət alması ilə nəticələnib. Bənzər hadisə Gəncə şəhərində də yaşanıb.
Ölkə yolları növbəti avtoqəzalara şahidlik etdi
Hacıqabul-Horadiz yolunun 98-ci km-də, İmişli rayonu Xubyarlı kəndi ərazisində yol qəzası qeydə alınıb. İmişli rayon Aranlı kənd sakini Həsən Hüseynovun idarə etdiyi “VAZ 21 011” markalı avtomobil qarşı tərəfdən gələn Qeyrət Muradovun sükan arxasında olduğu “Mersedes”lə toqquşub. Qəza zamanı “VAZ 21 011”- də olan sərnişin 32 yaşlı Əlizamin Abayev hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli xəsarət alan hər iki avtomobilin sürücüsü və “VAZ 21 011”-dəki sərnişinlər Sahil İbayev və Elnur Babaşov, “Mercedesin” sərnişini olan Qızılkənd kənd sakini Göyçək Bayramova İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ağır bədən xəsarəti alan “VAZ 21011” in sürücüsü Həsən Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.

Bakının Qaradağ rayonu ərazisində də yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı avtomobil Meyvəli bazarının yaxınlığında geriyə dönmə əməliyyatı edən zaman qarşıdan gələn nəqliyyat vasitəsini gözləməyib. Nəticədə öz yolu ilə hərəkətdə olan “İnfiniti” markalı avtomobil “Mercedes”ə çırpılıb. “Mercedes”də olan iki nəfər - Camal Rəhimov və Pərviz Babalı xəsarət alıb, avtomobildə olan meyvə- tərəvəz məhsulları isə yola dağılıb.

Gəncədə baş verən yol qəzasında iki nəfər yaralanıb. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Gəncə şəhər sakinləri 22 yaşlı Araz Dursunov və 24 yaşlı Zöhrab Musayev “Mercedes” markalı avtomobili yolun kənarında təmir edərkən əks istiqamətdə hərəkət edən “VAZ 21011” markalı avtomobilin sürücüsü qəfildən dönmə əməliyyatı edib və onları vurub. Yaralılar Gəncə şəhər TTYX-nın travmotologiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri kafidir.

Hər üç faktla bağlı araşdırma aparılır

http://kepeztv.az/
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi