20-11-2020, 10:34 Oxunub: 879

Hadrutda düşmənin qurduğu pusqu belə məhv edilib - VİDEO

Hadrutda düşmənin qurduğu pusqu belə məhv edilib - VİDEO


Əsgər İbrahim Baxşəliyev Cəbrayıl və Hadrutun azad edilməsi əməliyyatlarında aktiv şəkildə iştirak edib, Şuşanın azad ediməsi əməliyyatında isə yaralanıb.
Hərbçimiz 2016-cı ilin aprel döyüşlərində də iştirak edib.

Onun sözlərinə görə, özünün da daxil olduğu birləşmələrin ilk uğurlu əməliyyatı Cəbrayılda ermənilərin tikdiyi hərbi hissənin ələ keçirilməsi olub.

O bildirib ki, Hadrut uğrunda döyüşlər çətin olsa da, düşmən geri çəkilməyə məcbur olub. Bu zaman düşmən qüvvələr çoxlu pusqular qurublar, amma qəhrəman hərbçilərimiz tərəfindən bu maneələr bir-bir dəf edilib.

İbrahim Baxşəliyev bildirir ki, Hadrutdan sonra onun da daxil olduğu bölmələr Şuşa ətrafına piyada şəkildə irəliləyib. O, Şuşaya gedən yol uğrunda döyüşlər zamanı xəsarət alıb. İbrahim Baxşəliyev yaralı hərbçi yoldaşını döyüş meydanından çıxararkən yaxınlığına minaatan mərmisi düşüb və bədəninin bir neçə yerinə qəlpə dəyib.

Hazırda İbrahim vətərin zədələnməsi səbəbi ilə sol əlinin 3 barmağını işlədə bilmir. Amma həkimlər növbəti əməliyyatla onun əvvəlki kimi sağlamlığına qovuşacağını bildirib.

Düşmənə öldürücü zərbələr vuran Hikmət: Düşmənə öldürücü zərbələr vuran Hikmət: "Erməni hərbi hissəsinə girdik..." (VİDEO) Medeniyyet / Video Dünya hərb tarixinə düşən unikal əməliyyat: - ordumuz Şuşanı necə aldı... Dünya hərb tarixinə düşən unikal əməliyyat: - ordumuz Şuşanı necə aldı... Sosial Düşməni öz silahı ilə məhv edən qazilərimiz - VİDEO Düşməni öz silahı ilə məhv edən qazilərimiz - VİDEO Sosial / Video Yaxın saatlarda aprel döyüşləri təkrarlana bilər - Açıqlama Yaxın saatlarda aprel döyüşləri təkrarlana bilər - Açıqlama Hadise "Şuşa boşaldılıb, Hadrut tərəfdə ağır döyüşlər gedir" - Erməni jurnalistdən sensasion açıqlamalar Bolge