20-11-2020, 19:47 Oxunub: 55

Ermənistana yeni müdafiə naziri təyin olundu

Ermənistana yeni müdafiə naziri təyin olundu


Vaqarşak Arutyunyan Ermənistanın müdafiə naziri təyin edilib.

Bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan fərman imzalayıb.

Bildirilir ki, 64 yaşlı V. Arutyunyan 1999-2000-ci illərdə nazir vəzifəsində çalışıb. Sonra siyasi fəaliyyətə başlayıb. 2002-ci ildə o zamankı Prezident Robert Koçaryan tərəfindən işdən çıxarılıb ​​və general-leytenant rütbəsini itirib. 2019-cu ildə Prezident Armen Sarkisyanın fərmanı ilə yenidən rütbəsi qaytarılıb. Bu təyinatına qədər Paşinyanın baş məsləhətçisi (2020-ci ilin avqustundan) kimi fəaliyyət göstərib.

Andranik Piloyan FHN rəhbəri, Mesrop Arakleyan isə əmək naziri təyin olunub.

Qeyd edək ki, Ermənistanın fövqəladə hallar naziri Feliks Tsolakyan 17 noyabrda, müdafiə naziri David Tonoyan və əmək naziri Zarui Batoyan isə 20 noyabrda istefa veriblər.
Ermənistanda 3 yeni nazir təyin edilib Ermənistanda 3 yeni nazir təyin edilib Hadise Paşinyan hökumətin 80 faizini dəyişdirmək niyyətindədir - Erməni mətbuatı Paşinyan hökumətin 80 faizini dəyişdirmək niyyətindədir - Erməni mətbuatı Hadise Ermənistanın FHN rəhbəri də istefa verdi Ermənistanın FHN rəhbəri də istefa verdi Hadise Ermənistanda yeni hökümətin bütün nazirləri təyin edildi Ermənistanda yeni hökümətin bütün nazirləri təyin edildi Dunya Sarkisyan Ermənistanın baş naziri oldu Sarkisyan Ermənistanın baş naziri oldu Dunya