20-11-2020, 15:48 Oxunub: 55

DİN-dən vətəndaşlara karantin rejimi ilə bağlı XƏBƏRDARLIQ

DİN-dən vətəndaşlara karantin rejimi ilə bağlı XƏBƏRDARLIQ


Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ağdam rayonunun düşmən işğalından tamamilə azad edilməsi münasibətilə hər bir vətəndaşımızı ürəkdən təbrik edirik!

Bununla yanaşı, xatırlatmaq istəyirik ki, Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Odur ki, vətəndaşlarımızdan xüsusi karantin rejiminin tələblərini pozmamağı, o cümlədən sosial məsafəni gözləmələrini və tənəffüs yollarını qoruyan tibbi maskalardan mütləq qaydada istifadə etmələrini xahiş edirik.

Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

Səbrli və anlayışlı vətəndaşlarımıza əvvəlcədən təşəkkür edirik".
Karantin rejiminin müddəti uzadıldı - SON DƏQİQƏ Karantin rejiminin müddəti uzadıldı - SON DƏQİQƏ Sosial Karantin rejimi noyabrın 2-dək uzadıldı Karantin rejimi noyabrın 2-dək uzadıldı Hadise Daxili İşlər Nazirliyindən sərt karantin günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ Daxili İşlər Nazirliyindən sərt karantin günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ Sosial Bu gündən xüsusi karantin rejiminin müddəti uzadıldı Bu gündən xüsusi karantin rejiminin müddəti uzadıldı Sosial Azərbaycanda xüsusi karantin rejimi uzadıldı — SON DƏQİQƏ Azərbaycanda xüsusi karantin rejimi uzadıldı — SON DƏQİQƏ Sosial