Sosial Xidmətlər Agentliyi qazi və şəhid ailələrinin mənzil hüququnu pozur - NARAZILIQ!
Sosial
Oxunub: 395
17 iy 2021 | 23:39
Sosial Xidmətlər Agentliyi qazi və şəhid ailələrinin mənzil hüququnu pozur - NARAZILIQ!


"Media (“Hürriyyət” və b.) Sumqayıt şəhərində 2012-ci ildə qazi və şəhid ailələrinə verilən 96 mənzilli yaşayış evi yiyələrinin mənzillərini özəlləşdirə bilməmələrini işıqlandırandan sonra ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) bildirib :” Qanunvericilikdə sosial və xüsusi təyinatlı yaşayış sahələrinin özəlləşdirilməsi nəzərdə tutulmayıb. (?)" Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun bu Məcəllə qanuni qüvvəyə mindikdən sonrakı dövrdə vətəndaşlara verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. (“Hürriyyət”in 14.07.2021 tarixli,”Əlillərə verilmiş mənzilləri niyə özəlləşdirmək olmur-Nazirlikdən açıqlama” xəbəri ) . Nazirliyin bilərəkdən, yaxud savadsızlıqdan qazi və şəhid ailələrinin mənzil (mülkiyyəti) hüququna qadağa qoyması üzə çıxır .

Deyəsən, SXA -nın görəvinin nədən ibarət olduğundan və qanunvericilikdən xəbəri yoxdur . Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.3 maddəsində yazılıb : “BU MƏCƏLLƏNİN 146.2 MADDƏSİNDƏ NƏZƏRDƏ TUTULMUŞ YAŞAYIŞ SAHƏLƏRİNİN ÖZƏLLƏŞDİRİLMƏSİ AZƏRBAYCAN RESPUBLİKASININ QANUNLARINDA NƏZƏRDƏ TUTULDUĞU HALLARDA VƏ QAYDADA HƏYATA KEÇİRİLƏ BİLƏR. “ Mənzil Məcəlləsinin 59.4 maddəsində doğrulanıb ki, SOSİAL KİRAYƏ MÜQAVİLƏSİ ƏSASINDA YAŞAYIŞ SAHƏSİ ÜZƏRİNDƏ YARANMIŞ HÜQUQLAR QANUNLA MÜƏYYƏN EDİLMİŞ QAYDADA DAŞINMAZ ƏMLAKIN DÖVLƏT REYESTRİNDƏ QEYDƏ ALINIR. Sosial Xidmətlər Agentliyinin bu maddələri görməzliyə vurmasından sosial xidmətin hansı səviyyədə olmasını bilmək çətin deyil. Gerçəkdə qazi və şəhid ailələrinin, aztəminatlı şəxslərin hüquqlarını qorumağa görəvləndirilən SXA-nın vətəndaşların hüquqlarını pozması düşündürücüdür. Onu da vurğulayaq ki, SXA sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri ilə qarışıq salır. Əlillərə, şəhid ailələrinə, eləcə də, incəsənət, təhsil, elm və s. xadimlərinə mənzillər sosial kirayə müqaviləsi əsasında verilir və sosial dövlət mənzil fondunun yaşayış sahələrinə aid deyil. Sözügedən yaşayış sahələrinə internat evləri, yataqxanalar, qaçqın və məcburi köçkünlərə verilən evlər və digərləri aiddir. Ahıllara, qocalara özəl sosial evlərdə xidmət göstərən SXA-nın “cinlə şeytanı qarışdırması” anlaşılan deyil.

Belə bəlli olur ki, SXA görəvinin öhdəsindən gələ bilmir. Heç olmasa, qanunvericiliyi düzgün izah etsinlər. Ümumiyyətlə , əlil vətəndaşların müraciətlərini aidiyyatı üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlamaq belə çətindir?

Fikrimizcə, SXA-nın DSMF-in tərkibinə qaytarılması daha düzgün olardı".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ