21-10-2015, 11:02 Oxunub: 609

Şamaxıda traktor sürücüsü aqreqatın altına düşərək ölüb

Şamaxı rayon sakini taxıl səpini apararkən bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Məlhəm kəndində kənd sakini, 1955-ci il təvəllüdlü Abdullayev Niyaz Namaz oğlu taxıl səpini apararkən onun idarə etdiyi traktor şum çıxarılan sahədə batıb. O, traktoru torpaqdan çıxaran zaman arxa tərəfdəki taxıl səpən aqreqatın üstünə çıxıb, traktor qəflətən hərəkət edib və sürücü ehtiyatsızlıq səbəbindən aqreqatın altına düşüb. Ərazidə tək olan Niyaz Abdullayev köməksiz vəziyyətdə qalıb və aldığı ağır xəsarətlərdən ölüb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Goranboyda qəza baş verib, sürücü ölüb Goranboyda qəza baş verib, sürücü ölüb Hadise Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb Hadise Gəncədə avtomobillə vurulan piyadalardan biri ölüb, 20 yaşlı tələbə qız isə komaya düşüb Gəncədə avtomobillə vurulan piyadalardan biri ölüb, 20 yaşlı tələbə qız isə komaya düşüb Hadise Şamaxı və Şəkidə avtoqəzalar: 1 nəfər dünyasını dəyişib, 1 nəfər yaralıdır - Foto Şamaxı və Şəkidə avtoqəzalar: 1 nəfər dünyasını dəyişib, 1 nəfər yaralıdır - Foto Hadise Şəkidə ağır qəza: sürücü öldü, sərnişin ağır yaralandı - Foto Şəkidə ağır qəza: sürücü öldü, sərnişin ağır yaralandı - Foto Hadise