ŞOK! Məmur oğlu adam ölürdü cəzasız qaldı
Hadise
Oxunub: 1 250
26 okt 2015 | 07:57
ŞOK! Məmur oğlu adam ölürdü cəzasız qaldı

















Zaman-zaman məmur övladlarının harınlıqları, ataları tərəfindən onlara yaradılan imkanlar sayəsində başqalarına zərər vurma halları ilə üzləşirik

Bu halların hər dəfəsində də Ölkə prezidenti İlham Əliyevin məsələyə müdaxiləsini, məmur övladlarının özbaşınalıqlarına qarşı barışmaz mövqeyinin şahidi oluruq. Bu dəfə daha bir məmur övladının cinayət hərəkəti barədə informasiya verilib. Etibarlı mənbənin verdiyi məlumata görə, Yevlax rayonunda böyük biznes şəbəkəsi qurmuş, əhaliyə qarşı böyük problemlər yaşatmasıyla tanınan, çalışdığı müəssisədə ciddi maliyyə fırıldaqları ilə böyük məbləğdə kapital qurmuş İlyas Səfərovun oğlu da yuxarıda qeyd etdiyimiz harınlıqlarla məşğuldur.
Melorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərovun oğlu Vüqar Səfərov bir neçə ay öncə qəbul etdiyi spirtli içkilərin təsiri nəticəsində idarə etdiyi, atası tərəfindən xüsusi olaraq baha qiymətə xarici ölkədən gətirilmiş qara rəngli CİP-lə idarəetməni itirərək, əvvəl VAZ 2107 markalı avtomobilə dəyməklə həmin maşını yararsız hala salıb, bu azmış kimi yol kənarında balıq satan gənc bir oğlanı da vurub. Yevlax rayon Aran qəsəbə sakini Ləzgiyev Ceyhun Novruz oğlu elə hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılsa da, məmur atasının işə müdaxiləsi nəticəsində Vüqar Səfərov cinayət məsuliyyətindən və azadlıqdan məhrumetmə cəzasından kənarda qala bilib. Hadisə Bakı-Qaxaz magistral yolunda baş verdiyi üçün cinayət hadisəsini Baş Dövlət Yol Polisi İdarəsinin təhqiqat idarəsi araşdırsa da heç bir hüquqi nəticə olmayıb.
Görünür, atasının maddi imkanları “gül balanı” məsuliyyətdən azad edib. Məlumat üçün bildirək ki, 7 rayonda şöbəsi olan və Yevlax rayonunda yerləşən Yuxarı Qarabağ Kanalı İstismar İdarəsində 300-ə yaxın işçi işləyir. Lakin idarə rəhbəri əlindəki maliyyə imkanlarından, eyni zamanda bəzi məmurlarla əlaqələrinə güvənərək özbaşınalıq edir. Yuxarı Qarabağ Kanalı İstismar İdarəsində işləyən bir qrup vətəndaş mətbuat orqanlarına müraciət edib. Adlarının mətbuatda açıqlanmasını istəməyən bu şəxslər bildirirlər ki, idarə müdiri İlyas Səfərovun özbaşınalıqlarından artıq təngə gəliblər: “Dövlət tərəfindən işçilərə verilən əmək haqqının bir hissəsi kəsilir. Həmçinin işçilər üçün nəzərdə tutulmuş məzuniyyət ümumiyyətlə ləvğ olunub. Halbuki İlyas Səfərov özü və idarədə işləyən qohumları istədikləri vaxt məzuniyyətə çıxır, müxtəlif ölkələrə istirahətə gedirlər. “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən ayrılan yardımlar, əlavə maliyyə mükafatları yalnız müdirin qohumlarına verilir”. Məlumatda qeyd olunur ki, Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rayonlardakı hər şöbəsində 15-20 arası işçi işləyir: “Əslində bu işləyənlərin bir hissəsinin adları siyahıda var.Yəni həmin şəxsləri müdir özü işə qəbul etsə də, bu adamlar tamam başqa işlərlə məşğul olurlar. Onların əmək haqqını da kimlərsə alır. “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən idarənin balansındakı texnikaların və maşınların təmiri, işlək hala salınması üçün ayrılan vəsaitlərin böyük bir hissəsi havaya sovrulur. Ay ərzində texnikalara ən azı 7-8 qəbz yazılmaqla tonlarla yanacaq pulu silinir. Qarabağ kanalı demək olar ki, yararsız vəziyyətdədir. Belə ki, kanalın bütün rayonlardan keçən hissələri qamış və digər bitkilərlə çəpərlənib. Buna baxmayaraq, hər il dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsi kanalın təmzilənməsi adı altında yox edilir. İdarə müdirinin əsas qazanc mənbəyi adı olub özü olmayan işçilərin adına yazılan əmək haqqı, büdcədən inşaat materiallarının və torpaqqazan mexanizmlərin ehtiyat hissələrinin alınması üçün ayrılan vəsaitlər və Qarabağ kanalına sahibkarlar tərəfindən qanunsuz su borularının gizli şəkildə atılmasındandır. Qeyd edək ki, 2013-14-15-ci illər ərzində Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin təmiri və təchizatı üçün üst-üstə 1,7 milyona yaxın vəsait ayrılıb. Həmin vəsaitlər inşaat materialları, avtomaşınların və torpaqqazan mexanizmlər üçün ehtiyat hissələrinin alınması üçün ayrılıb. Maraqlıdır ki, ayrılan vəsaitlər hər il təxminən eyni məbləğdə olub. Misal üçün 2013-cü ildə 571, 2014-cü ildə 562, 2015-ci ildə 566 min manat olub. İlyas Səfərovun qanunsuz əməllərində idarədə mühəndis işləyən qardaşı Knyaz Səfərov da yaxından iştirak edir. Hər il büdcədən ayrılan vəsaitlərin sağa-sola sərf edilməsində Knyaz Səfərov qardaşına yaxından köməklik edir. Belə ki, onun adına rəsmiləşdirilən müəssisələrlə bağlanan müqavilələr və görülən işlər sadəcə sənədlərdə olur. Ortada olan vəsaitlər isə nəqdləşdirilərək küləyə verilir”. Ümid edirik ki, müvafiq dövlət qurumlarının rəsmiləri qeyd olunan məsələləri tezliklə araşdırıb idarə müdirinin barəsində lazımi tədbir görəcəklər. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO