Bakıda 5 yaşlı xəstə uşaq üçün yığılan pul ələ keçirildi
Hadise
Oxunub: 1 142
6 noy 2015 | 11:03
Bakıda 5 yaşlı xəstə uşaq üçün yığılan pul ələ keçirildi











Polis cinayət işinə başladı

Bakıda 5 yaşlı ürək xəstəsi üçün yığılan pul vəsaitini aldadaraq ələ keçirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanılıb.

Bu barədə “Report”a zərərçəkən Baxşəli Cabbarovun etibarnamə üzrə nümayəndəsi Rövşanə Rəhimli məlumat verib.

Onun sözlərinə görə, B.Cabbarov qonşusu Şahbazov Mübariz Ağabəy oğlu tərəfindən aldadılıb:

“Mübariz Şahbazov Baxşəli Cabbarovdan əməliyyat xərci adı ilə üç min manat məbləğində pul alaraq qaytarmayıb. Baxşəli Cabbarovun 5 yaşlı nəvəsi Mirhüseyn Cabbarov uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir.

Uşağın valideynləri Bakıda bir neçə xəstəxanaya müraciət etdikləri zaman xəstəxanaların birində əməliyyatın xərcinin təxminən on min manat olduğu bildirilib.

Ailənin əməliyyat xərclərini qarşılamağa imkanı çatmadığından, həmin əməliyyat üçün Gürcüstan Respublikasına üz tutublar. Lakin Gürcüstandakı klinikaların birində əcnəbi vətəndaşlar üçün bu tip əməliyyat qiymətlərinin baha olduğu bildirilib.

Beləliklə də Baxşəli Cabbarov nəvəsinin Bakıda əməliyyat olunması üçün pul toplamağa davam edib. Günlərin birində o, evə gələrkən yaşadığı məhəllənin yaxınlığında qonşusu hesab olunan Mübariz Şahbazovla rastlaşıb. Söhbət əsnasında Mübariz Şahbazov uşağın vəziyyəti ilə maraqlanıb.

Ümumi vəziyyəti babasından öyrəndikdən sonra şəxsi əlaqələri vasitəsi ilə uşağı pulsuz əməliyyat etdirə biləcəyini deyib. Bunun üçün isə sadəcə teleqram və müraciətlərə xərc çıxacağını,əməliyyat edən cərraha kiçik məbləğdə pul veriləcəyini bildirib.

Bununla razılaşan baba nəvəsinin əməliyyat olunması üçün əlində olan 3000 manatı verməyə hazır olduğunu bildirib”.

M.Şahbazov üç ay ərzində hər dəfə müxtəlif səbəblər göstərərək pulu hissə-hissə B.Cabbarovdan alıb, ən qısa zamanda uşağın əməliyyat olunacağına söz verib.

B.Cabbarov onunla əlaqə saxlayan zaman isə o, hər dəfə uşağın növbəti ayın 15-i tarixində əməliyyat olunacağını deyib.

Lakin üstündən 10 ay keçməsinə baxmayaraq M.Şəhbazovun verdiyi vədlər özünü doğrultmayıb.

B.Cabbarov M.Şahbazovdan verdiyi 3000 manat pulu geri tələb etsə də, o, pulu xərclədiyini ve geri qaytara bilməyəcəyini deyib.

M.Şahbazovun hərəkətləri ilə bağlı onun nümayəndəsi Daxili İşlər Nazirliyinə (DİN) müraciət ünvanlayıb.

Məsələ Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb. M.Şahbazovun barəsində Cinayət Məcəlləsinin 178.2.4-ci (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd edək ki, beş yaşlı Mirhüseyn Cabbarov bir neçə gün öncə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində ürək əməliyyatı keçirib və hazırda stasionar müalicə alır.
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür