Yol qəzaları 4 nəfəri canından edib, 2 nəfər yaralıdır - Foto
Hadise
Oxunub: 1 214
23 noy 2015 | 14:54
Ölkə ərazisində yenə yol qəzaları baş verib. Hacıqabulda 1-i uşaq olmaqla, 3 nəfər ölüb, Şəmkirdə sürücü dünyasını dəyişib, Bakıda isə 2 nəfər xəsarət alıb.
Yol qəzaları 4 nəfəri canından edib, 2 nəfər yaralıdır - Foto
Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Qəzada biri körpə olmaqla, üç nəfər ölüb, 1 nəfərsə yaralanıb. Hadisə Bakı-Qazax yolunun 145-ci kilometrliyində, rayonun Qarasu kəndi ərazisində qeydə alınıb. Sabirabad rayonu, Qəzli kənd sakini, 60 yaşlı Rafiq Mustafayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Yevlax rayon sakini, 37 yaşlı Natiq Sarıyevin idarə etdiyi “KamAZ” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-2107”-in sürücüsü və avtomobildə olan 48 yaşlı Mehralı Əliyevlə 1 yaşlı Nurid Əliyev dünyasını dəyişib. 40 yaşlı Dilarə Əliyeva isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, qəzaya dumanlı hava şəraiti səbəb olub.

Şəmkir rayonu ərazisində isə bir nəfərin ölümü, iki nəfərin ağır bədən xəsərətləri alması ilə nəticilənən yol-nəqliyyat hadisəsi baş verib. Yol qəzası rayonun Sabirkənd kəndində qeydə alınıb. “KamAz” markalı yük maşını “VAZ21011”in yoluna çıxıb və nəticədə nəqliyyat vasitələri toqquşub. “Jiquli”də olan 56 yaşlı Rafiq Nağıyev hadisə yerində ölüb, avtomobildə olan həmkəndliləri 48 yaşlı İxtiyar Cəlilov və 43 yaşlı Sevinc Nağıyeva ağır bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Paytaxtın Suraxanı rayonunda da 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Qaraçuxur qəsəbəsi Etibar Bəkirov küçəsində qeydə alınıb. 30 yaşlı Sergey Panovun idarə etdiyi “VAZ 2104” markalı minik maşını sərt döngədə 104 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində “Jiquli”nin sürücü ilə yanaşı, avtobusda olan 45 yaşlı Natavan Ağayeva xəsarət alıb. Hər iki yaralı xəstəxanaya aparılıb. Vəziyyəti ağır olan “VAZ”ın sürücüsü travmatologiya şöbəsinə yerləşdirilib, qadın isə tibbi yardımdan sonra evə buraxılıb. İlkin ehtimala görə, hadisəyə “Jiquli”nin sürücüsünün sürət həddini aşması və avtomobili sərxoş halda idarə etməsi səbəb olub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalara başlanılıb.

http://kepeztv.az
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO