23-11-2015, 20:50

Azərbaycanda məmur rüşvət alarkən həbs edildi

Azərbaycanda məmur rüşvət alarkən həbs edildi











Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon tibbi-əmək ekspert komissiyasının sədrini həbs ediblər

Azerinfo.az bildirir ki, bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.

İnformasiyaya görə, komissiya sədri Fasad Mustafayev rüşvət aldığı məqamda yaxalanıb.

Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov açıqlamasında faktı təsdiqləyərək araşdırma getdiyini bildirib.