Bakıda tələbə qız özünü yaşadığı binanın damından atdı - Foto (YENİLƏNİB)
Hadise
Oxunub: 1 570
26 noy 2015 | 14:59
Paytaxtın Nizami rayonunda baş verən intihar hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Bakıda tələbə qız özünü yaşadığı binanın damından atdı - Foto (YENİLƏNİB)
Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, intihar edən şəxs Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Türkan Eldar qızı Həsənzadə yaşadığı binanın damından özünü atıb.

Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Məlumata görə, tələbə qız mobil telefonundakı bütün nömrələri sildikdən sonra operator kartını sındırıb. Özünü damdan atdıqdan sonra əvvəlcə ağaclardan birinin üzərinə düşən Türkan Həsənzadə daha sonra yerə yıxılıb.

Qeyd edək ki, o, intihar etməmişdən öncə, dünən gecə saatlarında öz "Facebook" səhifəsində "tək istədiyim öz həyatımı yaşamaq idi" statusunu paylaşıb. Türkan Həsənzadə Tibb Universitetinin IV kurs tələbəsi olub.

İntiharın dəqiq səbəbi araşdırılır

***
Tibb Universitetinin tələbəsinin nə üçün intihar etdiyi bilinmir.

Paytaxtın Nizami rayonunu ərazisindəki binanın damından özünü atan 1993-cü il təvəllüdlü Türkan Eldar qızı Həsənzadə barədə bəzi təfərrütlar bəlli olub.

Tələbənin təhsil aldığı Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, T. Həsənzadə Stomatologiya fakültəsinin terapevtik stomotologiya ixtisasının tələbəsi olub:

“Bizim universitetin adı çəkilən ixtisasında təhsil müddəti 5 ildir. Həmin tələbənin universitetdə bu il 6-cı ili idi. Buna səbəb isə Türkan Həsənzadənin keçən ildən akademik borcları olduğu üçün təhsilini normal müddətdə başa vura bilməməsi olub. Ancaq onu deyə bilərik ki, tələbə aktiv deyildi. Çox sakit biri idi”,- deyə universitetdən bildirdilər.

***11-02***

Bakıda intihar hadisəsi baş verib. Tələbə özünü yaşadığı binanın damından atıb.

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonun, Qara Qarayev prospekti 71 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1993-cü il təvəllüdlü Türkan Eldar qızı Həsənzadə özünü yaşadığı binanın damından yerə atıb. Nəticədə 22 yaşlı qız aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Hüquq-mühafizə orqanlarından bildirdilər ki, özünü öldürən qız, Tibb Universitetinin tələbəsidir.

Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bənzər hadisə 3 gün əvvəl də Bakıda baş verib. Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Paytaxt sakini 1990-cı il təvəllüdlü Aişə İlqar qızı Dadaşova özünü yaşadığı binanın 19-cu mərtəbəsindən atıb və hadisə yerindəcə dünyasını dəyişib.
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ