Qarlı şaxtalı hava yollarda qəzalara səbəb olub, yaralılar var
Hadise
Oxunub: 1 014
26 yan 2016 | 21:53
Bakı, Gəncə, Şirvan və Şabranda ağır yol qəzaları baş verib. Qəzalar tək sürücü deyil, sərnişin və piyadaları da xəstəxanalıq edib.

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yol qəzası baş verib. Naməlum avtomobil yolu keçən piyada Ülviyyə Atamoğlanovanı vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirirlər.
Gəncədə də piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin “Dəyirman dairəsi” adlanan ərazisində qeydə alınıb. “VAZ-2106” markalı avtomobil yolu keçmək istəyən şəhər sakini, 29 yaşlı Könül Rüstəmovanı vurub. Xəsarət alan qadın dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Şirvanda isə iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Qəza şəhərin Heydər Əliyev prospektində baş verib. Şirvan sakini, 38 yaşlı Rəşad Həsənovun idarə etdiyi “Opel Astra” markalı avtomobil 30 yaşlı Marif Cəfərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “Opel”də sıxılıb qalan sürücü Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq, xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən hissəsində də yol-nəqliyyat hadisəsi baş verib. Yük avtomobilinin qarşıda hərəkət edən “Mercedes” markalı minik avtomobilinə çırpılması nəticəsində bir nəfər xəsarət alıb. “Mercedes”in sərnişini 43 yaşlı qadın xəsarət alaraq Şabran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzaya hava şəraitinə uyğun sürət həddinin seçilməməsinin səbəb olduğu ehtimal edilir.

Faktlarla bağlı araşdırmalar davam edir.

http://kepeztv.az
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO