Ölkə ərazisində baş verən yol qəzaları ağır nəticələrlə yadda qalıb - Foto
Hadise
Oxunub: 905
1 fev 2016 | 23:20
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Salyanda isə iki avtomobil toqquşub. Hadisə zamanı 3 nəfər xəsarət alıb. İmişlidə də xəsarətlə nəticələn yol qəzası qeydə alınıb.
Ölkə ərazisində baş verən yol qəzaları ağır nəticələrlə yadda qalıb - Foto
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Abşeron rayon sakini Məhərrəm Əliyev idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən Cəlilabad rayon sakini Mirfazil Bağırovu vurub. Nəticədə piyada hadisə yerindəcə keçinib. İlkin məlumata əsasən qəzaya yüksək surət səbəb olub.

Ələt-Astara magistral yolunun Salyanın Quyçu kəndi ərazisindən keçən hissəsində də yol qəzası qeydə alınıb. Salyanın Sarvan kənd sakini, 53 yaşlı Xudayar Əzimovun idarə etdiyi "Qazel" markalı yük maşını hərəkətdə olarkən əks istiqamətdən gələn "Mitsubishi" markalı avtomobillə toqquşub. Nəticədə "Qazel"in sürücüsü və minik avtomobilində olan Şirvan şəhər sakinləri - 55 yaşlı Xudat Ağamalıyev, 52 yaşlı Qeys Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İmişli rayonunda baş verən qəzada isə iki nəfər xəsarət alıb. Hadisə rayonun Ətrafyol deyilən ərazisində qeydə alınıb. Beyləqan rayon sakini, 29 yaşlı Elnur Rəsulov idarə etdiyi "Prado" markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib, maşın yolun kənarına aşıb. Hadisə nəticəsində sürücü və avtomobilin salonunda olan həmyerlisi, 29 yaşlı Elşad Sadıxanov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Baş verən faktlarla əlaqədar araşdırmalar davam edir.

http://kepeztv.az
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi