DİQQƏT: Bakıda insanları "iş var" adı ilə aldadırlar
Hadise
Oxunub: 2 118
11 fev 2016 | 00:56
DİQQƏT: Bakıda insanları "iş var" adı ilə aldadırlar











Ölkəmizdə maddi böhran hökm sürür

Bir çox iş yerləri ya bağlanıb, ya da ixtisarlara gedib. İnsanların çoxu işsiz qalıb. Bu da bəzi fırıldaqçılara öz çirkin əməlləri üçün münbit şərait yaradıb. Belə ki, musavat.com-a daxil olan çoxsaylı şikayətlərdən məlum oldu ki, özünü Aqil kimi təqdim edən şəxs, iş elanları yerləşdirilən saytlarda "İşçi axtarılır" adı ilə elan verir və bunun sayəsində iş axtaran insanları “tələ”yə salır. Həmin elanda müxtəlif peşələr üzrə işçiyə ehtiyac olduğu, iş istəyənlərin verilən telefon və e-mail vasitəsi ilə əlaqə saxlamaları barədə təklif yazılıb. Bu elana aldananlardan biri olan şikayətçimiz (redaksiya adını gizli tutmağa qərar verib-red.) özü haqda məlumatı həmin şəxsə göndərib. Bir müddət sonra həmin nömrədən, whatsapp vasitəsi ilə belə bir cavab gəlib: "MR-AZƏRİŞ MMC təmir-tikinti və yaşıllaşdırma şirkətinə sürücü işi üçün müraciət etmisiniz. Özünüz haqda bizə göndərdiyiniz məlumatlar işə uyğundur. Müraciətiniz təsdiq olunur. Fevralın 10-u işə çağrılırsınız. İşiniz sürücü, pikap avtomobil, 700 AZN əməkhaqqı, 09:00-18:00-a qədər iş saatı, bazar günləri istirahət... Nahar və geyim şirkət tərəfindən verilir". Keçək, əsas məsələyə... Buraya qədər yazılanlar qurbanın başını aldatmaq üçün idi. Artıq əsl məqsəd bu cümlələrdə yer alır: "Əmək sığortalıdır. Yeni qəbul olunan işçilərin və əməyin sığortalanması məqsədi ilə Milliön ödəmə terminalından 19 AZN sığorta köçürməsi etməlisiniz. Bu, minimum 6 ay ərzində bizim şirkəti tərk etməyəcəyinizə dair sığorta ödənişidir. Əgər ödəniş etməsəniz, sizin yerinizə başqası işə götürüləcək". Göndərilən mətndə ödəmənin necə aparılması, hesab nömrəsi də qeyd edilib. Bununla yanaşı, mr-azeris.weebly.com adlı sayt da yazılıb. Bu haqda kiçik bir araşdırma da apardıq. Göstərilən sayt ünvanı mövcuddur. Amma... Sayt pulsuz, hər kəsin rahatlıqla bloq yarada biləcəyi weebly.com domaini üzərində qurulub. Ana səhifədə göstərilən fotolar başqa şirkətlərin projelərindən və ya internetdən götürülüb. Yəni, MR-AZƏRİŞ MMC təmir-tikinti və yaşıllaşdırma şirkətinə aidiyyəti yoxdur. Ümumiyyətlə, belə bir şirkət mövcud deyil. Burada xüsusi qeyd edək ki, verilən elanlarda belə bir cümlə var: "Nömrəyə zəng çatmasa, whatsapp-la əlaqə saxlayın". Həqiqətən də həmin nömrəyə ya zəng çatmır, ya da cavab verən olmur. Özünü "Aqil müəllim" kimi təqdim edən şəxs heç kimlə telefonla belə bağlantı qurmur. Üstəlik, müxtəlif saytlarda verilən elanlarda onun adları da fərqlidir. Məsələn, bir saytda eyni nömrə "Aqil müəllim", digərində isə, "Anar müəllim" adı ilə qeyd edilib. Musavat.com saytı olaraq, oxucularımızın diqqətinə çatdırırıq ki, belə fırıldaqçılarla ünsiyyətdə ehtiyatlı olsunlar.
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı