15-02-2016, 14:25 Oxunub: 432

Bakıda oğru dəstəsi zərərsiləşdirildi

Bakıda oğru dəstəsi zərərsiləşdirildi











Polis əməliyyat keçirib

Bakıda mağazalardan oğurluq edən dəstə zərərsizləşdirilib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, fevralın 12-nə keçən gecə, C.Kərimov küçəsində Elşən Rəfiyevə məxsus mağazadan, qapının kilidini sındırmaqla tütün məmulatları oğurlanıb.

Bununla əlaqədar Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri keçirilib.

Polis işçilərinin əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1987-ci il təvəllüdlü Faiq Mikayılov, 1985-ci il təvəllüdlü Namiq Qurbanov, 1991-ci il təvəllüdlü Anar Kərimov, Sumqayıt şəhər sakinləri - 1988-ci il təvəllüdlü Telman Əhmədov, 1990-cı il təvəllüdlü Nizami Bayramov, 1991-ci il təvəllüdlü Yaqub Qəniyev və əvvəllər məhkum olunan Məhəbbət Əhmədov tutulub.

Müəyyən edilib ki, onlar fevralın 12-nə keçən gecə Zığ yolu küçəsində Şahmalı Əlizadəyə məxsus mağazadan, qapını sındırmaqla 740 manat, planşet və ərzaq malları oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.
Bakıda bir gündə 3 nəfər bıçaqlanıb Bakıda bir gündə 3 nəfər bıçaqlanıb Kriminal Ağdamda əksəriyyəti qadınlardan ibarət oğru qrup zərərsizləşdirilib Ağdamda əksəriyyəti qadınlardan ibarət oğru qrup zərərsizləşdirilib Kriminal Bakıda 20 minlik oğurluq Bakıda 20 minlik oğurluq Kriminal Bakıda Nəqliyyat Departamentinə basqın oldu Bakıda Nəqliyyat Departamentinə basqın oldu Gundem Bakıda kütləvi dava - qan töküldü Bakıda kütləvi dava - qan töküldü Hadise