Ölkədə baş verən yol qəzaları və onların ağır nəticələri
Hadise
Oxunub: 1 027
22 fev 2016 | 19:17
Yüksək sürət, bu səbəbdən idarəetməni itirmə, ani diqqətsizlik və ya məsuliyyətsizlik. Bütün bunlar ölkə ərazisinə yenə də yol qəzalarına və ağır nəticələrə yol açıb. Ölənlər və yaralananlar var.
Ölkədə baş verən yol qəzaları və onların ağır nəticələri
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yol qəzası qeydə alınıb. Şəhər sakini 61 yaşlı Niyazi Quliyev idarə etdiyi 60 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtobusla yolu keçən Abşeron rayon sakini 33 yaşlı İlkin Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yasamal rayonunda isə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Mirzə Abbas Şərifzadə küçəsində qeydə alınıb. 20 yanvar dairəsi istiqamətində hərəkətdə olan “Wolksvagen” markalı avtomobillə “BYD” markalı maşın toqquşub. Zərbənin gücündən “Wolksvagen” yol kənarındakı səkinin üstünə çıxıb.
“BYD”də olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Tərtər rayonunda da ağır yol qəzası qeydə alınıb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. Nofəl Qurbanovun idarə etdiyi “Mercedes”lə Tehran Hüseynovun idarə etdiyi “VAZ-21099” toqquşub. Nəticədə hər iki avtomobildə olan 3 sərnişin xəsarət alıb. Yaralılardan Rəfiqə Qurbanovanın həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, qəzaya yüksək sürət və avtomobillərin bir-birinin yoluna çıxması səbəb olub.
Yevlax rayonunda Mehman Əsədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Niyaməddin Əhmədovu və onun qızı Dənizi vurub. Niyaməddin Əhmədov hadisə yerində keçinib. Dəniz isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, qəzaya sürücünün yüksək sürət səbəbindən avtomobildə idarəetməni itirməsi səbəb olub. Bütün faktlarla bağlı araşdırmalar aparılır.

http://kepeztv.az
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?