DataLife Engine / Samuxda ev yanaraq külə dönüb

Samuxda ev yanaraq külə dönüb

Hadisə təxminən saat 18 radələrində rayonunun İnistut qəsəbəsində qeydə alınıb. Elminaz Bədəlovaya məxsus 2 otaq 1 aynəbəndən ibarət yaşayış evi yanaraq külə dönüb. Evdə heç kim olmadığından hadisədən qonşular xəbər tutub.
Samuxda ev yanaraq külə dönüb
Qonşu: “Evdə eştik ki qonuşunun evi yanır. Bütün hər kəs evi söndürməyə çalışdıq və dərhalDYMH-nə zəng elədik.Onalar gəldilər və alovu söndürməyə müvvəfəq oldular. Gördüyümüz qədər onu deyə bilərəm ki, evdən ümumiyyətlə nəsə çıxarmaq mümkün olmayıb.”
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) təxminən 4 yaxın yanğınsöndürən avtomobili, eləcədə xeyli sayda canklı qüvvəsi cəlb edilib. Ev sahibinin sözlərinə görə evdə heç kim olmayıb və üstəlik qaz xətti keçili olub. Üstəlik elektrik sisteminə də heç nə taxılı vəziyyətdə olmayıb.
Taleh Bədəlov - Ev sahibinin oğlu: “Evdəkiləri Bakıya yola salmışdım özümdə işə getmişdim. Xəbər verdilər ki,ev yanır. Qazı keçirtmişəm elektrikə heçnə taxılı vəziyyətdə olmayıb.”

Mahirə Həmzəyeva - Ev sahibinin qohumu: “Özləri uşağını müalicəyə aparıb Bakıya oğlu da işdı olub. Həmişə qazı işığı keçili vəziyyətdə qoyurlar bunlar aharasa gedəndə.Bilmirik inmdi nədən baş verib.”

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiq bilinməsədə faktla bağlı artıq araşdırmalara başlanılıb.

kepeztv.az
6-03-2016, 18:37
Geri dön