DataLife Engine / Bakıda növbəti avtobus qəzası: ölən və yaralananlar var - AİLƏ FACİƏSİ

Bakıda növbəti avtobus qəzası: ölən və yaralananlar var - AİLƏ FACİƏSİ

 Bakıda növbəti avtobus qəzası: ölən və yaralananlar var - AİLƏ FACİƏSİBakıda daha bir avtobus qəzası baş verib. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirşağı-Mehdiabad yolunda qeydə alınıb.

Pirşağı qəsəbə sakini, 1965-ci il təvəllüdlü Allahverdi Məmmədov idarə etdiyi “Daewoo” markalı minik maşını İlham Əhmədovun idarə etdiyi “Daewoo” markalı 179 saylı xətt avtobusu ilə toqquşub.
Nəticədə Allahverdi Məmmədov hadisə yerində ölüb, sərnişinləri - həyat yoldaşı İnarə Məmmədova və qızı, 1993-cü il təvəllüdlü Qumru Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
19-03-2016, 19:25
Geri dön