DataLife Engine / Möcüzə kimi qəza: Maşınlar parça-parça oldu, sürücülər sağ çıxdı - Foto

Möcüzə kimi qəza: Maşınlar parça-parça oldu, sürücülər sağ çıxdı - Foto

Bu gün Bakı-Qazax magistralının Ucar rayonundan keçən hissəsində ağır yol qəzası baş verib.

Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, "VAZ 2121" (Niva) markalı minik avtomobili "VAZ 21012" markalı digər yük maşınına çırpılıb. Nəticədə sürətlə hərəkətdə olan minik avtomobili bir neçə hissəyə bölünüb və yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən avtomobilin sürücüsü qəzadan sağ çıxıb.

Hadisə nəticəsində 1 nəfər yaralanıb ki, onun da xəsarəti yüngül olduğundan ambulator müalicəyə yazılıb.

Möcüzə kimi qəza: Maşınlar parça-parça oldu, sürücülər sağ çıxdı - Foto
Möcüzə kimi qəza: Maşınlar parça-parça oldu, sürücülər sağ çıxdı - Foto
Faktla bağlı araşdırma aparılır.
1-05-2016, 18:32
Geri dön