DataLife Engine / Keçmiş milli təhlükəsizlik nazirinin qardaşı həbs olundu

Keçmiş milli təhlükəsizlik nazirinin qardaşı həbs olundu

Keçmiş milli təhlükəsizlik nazirinin qardaşı həbs olundu















Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri Vəli Ələsgərovun böyük qardaşı Əli Ələsgərov vergi ödənişindən boyun qaçırma ittihamı üzrə həbs edilib.

Ə.Ələsgərov barəsində 3 aylıq həbs qərarı çıxarılıb.

Əli Ələsgərov sahibkardır. Onun biznesi qardaşı muxtar respublika MTN-inə rəhbərlik etdiyi dövrdə çiçəklənib. Belə ki, onun Ordubadda broyler fabriki, Şərurda balıqyetişdirmə müəssisəsi və ictimai-iaşə obyektləri olub.

Qardaş Ələsgərovlar vətəndaş cəmiyyətinin yerli fəallarına və jurnalistlərə sərt münasibətləri ilə məşhur idilər.

İyunun 24-də Naxçıvanın Hərbi Məhkəməsi Vəli Ələsgərovu bir sıra ağır cinayətlərdə - mənimsəmədə, vəzifə səlahiyyətlərini aşmaqda və qanunsuz qulaq asmada günahkar bilərək barəsində 14 il həbs qərarı çıxarıb.

///turan
14-10-2016, 06:58
Geri dön