DataLife Engine / Bakıda kafedə partlayış: Yaralananlar var

Bakıda kafedə partlayış: Yaralananlar var

Bakıda kafedə partlayış: Yaralananlar var



















Hadisə yerinə FHN yanğınsöndürənləri cəlb edilib

Bakıda kafedə partlayış hadisəsi baş verib.

Azerinfo.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə Bakının Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kvadratmetr olan “Bibimin kafesi”ndə 50 litrlik propan qaz balonundan qaz sızması nəticəsində qeydə alınıb.

Nəticədə kafenin lambirdən ibarət tavanı 30 kv.m, 1 ədəd kondinsioner və 3 kv.m sahədə əşyalar yanıb, kafenin içərisində olan 50 litrlik propan qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

Partlayış zamanı kafenin sahibi və kafedə işləyən 1 nəfər yanıq xəsarəti alaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
3-01-2015, 15:44
Geri dön