DataLife Engine / Neftçala və Zaqatala rayonlarında yanğın hadisələri baş verib

Neftçala və Zaqatala rayonlarında yanğın hadisələri baş verib

Ani diqqətsizlik Neftçala və Zaqatalada yanğına səbəb olub. Xoşbəxtlikdən hər iki hadisədə insan təlafatı qeydə alınmayıb.
Neftçala və Zaqatala rayonlarında yanğın hadisələri baş verib
Neftçala rayonunda yanğın hadisəsi baş verib. Hadisə ötən gecə rayonun Qədimkənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini Səbinə Kərimovaya məxsus fərdi yaşayış evi anidən alovlanmağa başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Neftçala rayon yanğından mühafizə hissəsinə məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürən maşın cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Buna baxmayaraq fərdi yaşayış evi yanaraq yararsız hala düşüb. Qeyd edək ki, 2 il bundan əvvəl şəhərə köçən ev sahibinə məxsus evdə təbii qaz və elektrik enerjisi olmayıb.

Zaqatalada da fərdi yaşayış evi yanıb. Hadisə ötən gecə rayonunun Yuxarı Tala kəndində qeydə alınıb. Kənd sakini Feyzullah Teymurxanova məxsus ikimərtəbəli tikili anidən aışıb. Hadisədə xəsarət alan olmasa da tikili içərisindəki əşyalarla birlikdə yanaraq külə dönüb. Əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə baş verən zaman mənzildə heç kim olmayıb. Həmin evin sahibi ailə üzvləri ilə birgə Rusiyada yaşayır.

Hər iki faktla bağlı Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.

http://kepeztv.az
7-01-2016, 14:55
Geri dön