Bir medal, üç iddiaçı: Təqvim “İnter”in lehinə, “Qəbələ”nin əleyhinədi
Idman
Oxunub: 971
26 apr 2016 | 19:15
Bir medal, üç iddiaçı: Təqvim “İnter”in lehinə, “Qəbələ”nin əleyhinədiTopaz Premyer Liqasının sonuna 5 tur qalmış mükafatlardan yalnız bürünc uğrunda mübarizə maraq kəsb edir. Apasport.az saytının məlumatına görə, “Qarabağ” qızıl, “Zirə” gümüş medalın bir addımlığında olduğundan, “İnter”, “Kəpəz” və “Qəbələ” 3-cü yer uğrunda mübarizə aparır.
Ən pis halda – möcüzə baş versə, “Qızıl oyun”a çıxacaq Ağdam klubu ən yaxın izləyicisini 12 xal qabaqlayır. Artıq həftəsonu çempionluğunu rəsmiləşdirəcəyi gözlənilən Qurban Qurbanovun yetirmələrinin möcüzəyə imkan verməsi mümkünsüz görünür. “Zirə”nin də 3-cü pilləyə şərik olan “üçlük”lə 11 xallıq fərqi 5 turda əldən verməsinə o qədər də inandırıcı deyil.

Bu isə o deməkdi ki, liderdən 23, 2-ci yerdən 11 xal geridə qalan, 6-cı pilləni 7 xal qabaqlayan “İnter”, “Kəpəz” və “Qəbələ” məhz öz aralarında mübarizə aparıb, bürünc mükafatın sahibini müəyyənləşdirəcək. Təbii ki, zirəlilər sensasiyalı şəkildə üstünlüyü əldən verməsə.
Bu üç komandanın qarşıdakı oyunlarına baxsaq, ən çətin təqvim “Qəbələ”dədi. Amma öz taleyi əlində olan yeganə iddiaçı elə məhz Roman Qriqorçukun yetirmələridi.
Çünki hazırda 5-ci olan “qırmızı-qaralar” qarşıdakı 5 oyunun hamısında qalib gəlsə, “İnter”lə “Kəpəz”i arxada qoyacaq. Sonuncuları XXXVI turda məğlub etməklə, şəriklikdən çıxaracaq və şəxsi oyunlarda “bankirlər”dən öndə qərarlaşacaq. Əyalət klubu yalnız hər üç komandanın və ya “Kəpəz”lə eyni xala malik olmaq sərf eləmir. Lakin 5 qələbə bunlara imkan vermir.
Hərçənd, “Qəbələ” üçün təqvim yetərincə ağırdı. Son vaxtlar evdə uda bilmədiyi “Neftçi”ni qəbul etdikdən sonra “Qarabağ” və “Zirə” ilə iki çətin oyun “qırmızı-qaralar” üçün çox əhəmiyyətlidi. Ağdamlılar ya çempion kimi ilk matçına çıxacaq ya da bu titulu rəsmiləşdirmək üçün qəbələlilərlə görüşəcək. “Neftçi” ilə VI yer uğrunda mübarizə aparan AZAL-la ev oyunu da asan olmayacaq. Mövsümü Gəncədə başa vuracaq Qriqorçukun yetirmələri daha bir ağır matçla bürüncün taleyinə aydınlıq gətirəcək.
Bütün oyunları, o cümlədən “Qəbələ”ni yensə belə, 3-cü olmaq üçün “İnter”in büdrəməsinə ümid etməlidi. Əslində, qərblilər üçün təqvim yetərincə yüngüldü. Ardıcıl iki oyunda autsayderlərlə - “Xəzər Lənkəran” və “Rəvan”la üz-üzə gələcək gəncəlilər Premyer Liqada qalmaq üçün meydanda can qoyacaq rəqiblərinin müqavimətini qırmalıdı. Əzəli rəqib olan “Neftçi” ilə matçın evdə keçirilməsi, öz meydanında uduzmayan “Zirə” ilə görüşün XXXV tura təsadüf etməsi də qərblilərin lehinədi. Çünki həmin görüşədək debütant “gümüş”ü rəsmiləşdirə bilər. Son turun “bürünc oyunu” da evdə baş tutacağından gəncəlilər finişə nikbin baxa bilər.
3-cü yer uğrunda mübarizədə ən asan təqvimin “İnter”də olduğunu desək, yanılmarıq. Əslində, bakılılarla “Kəpəz”in qarşılaşacağı 5 komandadan dördü eynidi. “Bankirlər” də “Xəzər Lənkəran”la “Rəvan”dan ibarət autsayder cütlüyü ilə, ən pis mövsümünü keçirən “Neftçi”, həmçinin qazanacağı medalı son turadək müəyyənləşdirəcək “Zirə” ilə üz-üzə gələcək. Amma “Qəbələ” ilə əyani dueli qalan qərblilərdən fərqli, onlar “Sumqayıt”ı da sınağa çəkəcək. Bütün rəqiblərini yenəcəyi halda, “İnter” “Qəbələ”nin xal itkisinə ümid etməlidi.
Bütün bu bürünc hesabını “Zirə”nin gözlənilməz enişi poza bilər. 31 turda cəmi 5 dəfə uduzan paytaxt təmsilçisi finişdəki 5 qarşılaşmada 3 və ya daha çox yenilgiyə üzülüb, 6-dan az xal əldə etsə, bəhs etdiyimiz “üçlük” üçün nəzəri gümüş ümidi yaranır. Amma bunun üçün onlar da maksimal nəticə göstərməlidi.
Əslində, debütantın da təqvimi yaxşı deyil. Bu komandaların üçü ilə də qarşılaşacaq Adil Şükürovun yetirmələri “Qarabağ”la da oynayacaq. Yalnız AZAL-la matç nisbətən asan sayıla bilər.

“Qəbələ”nin son 5 oyunu

1 may (bazar)

157. “Qəbələ” – “Neftçi”

11 may (çərşənbə)

166. “Qarabağ” – “Qəbələ”

7 may (şənbə)

165. “Zirə” – “Qəbələ”

15 may (bazar)

175. “Qəbələ” – AZAL

21 may (şənbə)

177. “Kəpəz” – “Qəbələ”

“Kəpəz”in son 5 oyunu

1 may (bazar)

159. “Kəpəz” – “Rəvan”

7 may (şənbə)

163. “Xəzər Lənkəran” – “Kəpəz”

11 may (çərşənbə)

168. “Kəpəz” – “Neftçi”

15 may (bazar)

174. “Zirə” – “Kəpəz”

21 may (şənbə)

177. “Kəpəz” – “Qəbələ”

“İnter”in son 5 oyunu

1 may (bazar)

160. “İnter” – “Sumqayıt”

7 may (şənbə)

162. “Rəvan” – “İnter”

11 may (çərşənbə)

169. “İnter” – “Xəzər Lənkəran”

15 may (bazar)

173. “Neftçi” – “İnter”

21 may (şənbə)

178. “İnter” – “Zirə”



Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO