Milad Hərçəqani Avropa çempionu olub
Idman
Oxunub: 1 067
22 may 2016 | 11:05
Milad Hərçəqani Avropa çempionu olub











Çempionatın son günü daha iki dayanq ustamız medallar uğrunda mübarizə aparacaq

İsveçrənin Montrö şəhərində taekvondo üzrə Avropa çempionatı davam edir.

Yarışların 3-cü günündə Azərbaycan yığmasının 6 taekvondoçusu mübarizəyə qoşulublar.

Ən uğurlu nəticəni 80 kq çəki dərəcəsində Milad Beigi Hərçəqani əldə edib. Belə ki, ilk mərhələdən azad olan Milad, rəqibləri serbiyalı İvan Karajloviçə (13-0), ardından isə güclü rəqibi britaniyalı Lutalo Məhəmmədə (13-1) heç bir şans buraxmayaraq yarımfinala vəsiqə qazanıb.

Finala gedən yoldan Piotr Pazinskini (16-4) də kənarlaşdıran həmyerlimiz finalda Türkiyə idmançısı Yunus Sarı ilə qarşılaşıb. Həlledici döyüşdən qalib (5-0) ayrılan Milad adını Avropa çempionatının fəxri kürsün ən yüksək pilləsinə yazdırıb.

Millinin digər üzvlərindən 74 kq çəki dərəcəsində mübarizəyə qoşulan Namaz Heydərov Norveçli John Aspa 7-5 hesabı ilə qalib gəlsə də növbəti rəqibi Nikolas Carten (Belçika) keçilməz olub.

Bu çəkidə döyüşən Səid Quliyev Claudio Trevisio (İTA) qarşılaşması isə gərginliyi ilə yadda qalıb. Döyüşün əsas və əlavə vaxtında qalib müəyyən edilməyib. Qaydalara əsasən elektron jiletin verdiyi üstünlüyə görə İtalya təmsilçisi qalib elan edilib.

80 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ramin Əzizov da çempionata qələbə ilə başlasa da ikinçi döyüşündə məğlub olub. Belə ki,Əzizov David Sajkonu 10-1 hesabı ilə məğlub etsə də Lutalo Məhəmmədə (0-5) məğlub oldu.

Qadın taekvondoçularımızdan Yapraq Eriş (62 kq) Ukrayna təmsilçisi Darya Yakovleva (10-5) və Hollandiya təmsilçisi Joyce Baaren Vanı məğlub etsə də türkiyəlı İrem Yamana (0-8) yenilərək çempionatı başa vurub.

67 kq çəki dərəcəsində Nadja Savnovici məğlub edən Fəridə Əzizova, növbəti rəqibi Nur Tatara (Türkiyə) yenilərək yarışla vidalaşıb.

Çempionatın son günü iki dayanq ustamız Payam Qubadi Oğaz (-87 kq) və Radik İsaev (+87) medallar uğrunda mübarizə aparacaq.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?