"Böyük komanda kimi oynamalıyıq"
Idman
Oxunub: 1 569
7 okt 2014 | 17:05
"Böyük komanda kimi oynamalıyıq""Neftçi"nin futbolçusu Nikolas Kanalesin apasport.az saytına müsahibəsi

- "Neftçi"yə geri döndükdən sonra sanki "Qara zolağ"a düşmüşdünüz, qol vura bilmirdiniz. "Qaradağ Lökbatan"a 4:1 hesabı ilə qalib gəldiyiniz yoxlama matçında dubl etdiniz. Artıq işlərin qaydasına düşdüyünü düşünmək olarmı?

- Özümə inamı geri qaytarmaq üçün bu qollar çox lazım və vacib idi. Bundan sonra hər şeyin qaydasına düşəcəyinə inanıram.

- Oyunda dubl etsəniz də, penaltini qola çevirə bilmədiniz. 11 metrlik zərbəni vurmağa hazır deyildiniz?

- Penltini yaxşı vurmuşdum. Həmin epizodda qapıçının daha yaxşı oynadığını düşünürəm.

- Çempionat oyunlarında qol vura bilməməyinizi nə ilə əlaqələndirirsiniz?

- Komanda indi fərqli şəkildə oynayır. Oyun sistemində çox dəyişiklik baş verib. Taktiki baxımdan baş məşqçi bu dəfə fərqli oyuna üstünlük verir.

- Sizin üçün hücumda Ernest Nforla birgə çıxış etmək rahatdır, yoxsa tək oynamaq?

- Elə də ciddi fərq görmürəm. Əsas odur ki, ikinci hücumçu və ya bir qədər arxada qərarlaşanlar mənə kömək eləsinlər ki, çox qol vurum. Hücumda neçə nəfərlə oynamağımızın fərqi yoxdur.

- Əvvəlki kimi çıxış edə bilməməyinizin səbəbi dediyiniz dəyişikliklərlə bağlıdır, yoxsa komandaya hələ tam uyğunlaşa bilməməyinizlə?

- Əvvəllər oyun ərzində 10-dan artıq qol epizodu yaradırdıq. İndi bunu edə bilmirik. Əvvəlki kimi, böyük komanda kimi oynamalıyıq.

- Azarkeşlər bombardir Kanalesi yenə görə biləcəklərmi? Bunun üçün nə qədər zaman lazımdır?

- Mən münəccim deyiləm, ona görə də konkret bir söz deyə bilmərəm. Çox işləmək lazımdır. Tezliklə hər şey qaydasına düşəcəyinə inanıram. Neftçi böyük komandadı.

- Azərbaycana geri döndükdən sonra əvvəlki illərlə müqayisə apardınızmı? Nə dəyişib?

- İldən ilə çempionatınız güclənir. Səviyyə artıb. Komandaların avrokuboklardakı çıxışları da bunu göstərir. "Neftçi"dən sonra "Qarabağ" da Avropa Luqasının qrup mərhələsinə vəsiqə qazandı. Bütün bunlar isə ölkə futbolunun inkişafının göstəricisidir.

Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır