5-06-2016, 11:56 Oxunub: 445

Məhəmməd Əlinin ölüm səbəbi açıqlanıb

Məhəmməd Əlinin ölüm səbəbi açıqlanıb











İdmançı bir neçə gün əvvəl ağ ciyərləri ilə bağlı problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi

Əfsanəvi boksçu Məhəmməd Əlinin ölüm səbəbi açıqlanıb.

Idmançının ailə üzvlərinin Reuters-ə verdiyi məlumata görə, 74 yaşlı boksçu naməlum təbii səbəbdən baş vermiş septik şokdan dünyasını dəyişib.

Xatırladaq ki, boks dünyasının əfasanəsi iyunun 2-də ağ ciyərləri ilə bağlı problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. O, Parkinson xəstəliyindən əziyyət çəkirdi. Həkimlər onun ölüm ayağında olduğu açıqlamışdılar.

Məhəmməd Əli dünyanın ən adlı-sanlı və tanınan idmançılarındandır. O,1960-cı ilin Olimpiya çempionu, ağır çəkidə mütləq dünya çempionu (1964-1966, 1974-1978), beşqat “İlin boksçusu”dur.

Öz karyerasında 61 döyüş keçirən Əli onlardan 56-da qalib gəlib (37 döyüşü nokautla başa vurub).
Məhəmməd Əli dünyasını dəyişdi Məhəmməd Əli dünyasını dəyişdi Idman Azərbaycan boksçusu dünya çempionu oldu Azərbaycan boksçusu dünya çempionu oldu Idman Boksçularımız dünya çempionatının 1/4 finalına vəsiqə qazanıb Boksçularımız dünya çempionatının 1/4 finalına vəsiqə qazanıb Idman Gəncəli boksçu dünya çempionatında ikinci qələbəsini qazanıb Gəncəli boksçu dünya çempionatında ikinci qələbəsini qazanıb Idman Gəncə boksçusu Elvin İsayev hərbçilərin Dünya Oyunlarında iştirak edəcək Gəncə boksçusu Elvin İsayev hərbçilərin Dünya Oyunlarında iştirak edəcək Idman