"15 iyun - Milli Qurtuluş Günü" münasibətilə atçılıq idmanı üzrə Nərimanov rayon açıq birinciliyi keçirilib
Idman
Oxunub: 1 127
10 in 2016 | 18:01
"15 iyun - Milli Qurtuluş Günü" münasibətilə atçılıq idmanı üzrə Nərimanov rayon açıq birinciliyi keçirilib












"15 iyun - Milli Qurtuluş Günü" münasibətilə atçılıq idmanı üzrə Nərimanov rayon açıq birinciliyi keçirilib

10 iyun 2016-cı il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsinin vəAzərbaycan Atçılıq Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində "15 iyun - Milli Qurtuluş Günü" münasibətilə atçılıq idmanı üzrə Nərimanov rayon açıq birinciliyi keçirilib.
Birinciliyin açılış mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Atçılıq Federasiyasının vitse - prezidenti Mahir Muradov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov,Milli Məclisin deputatları Adil Əliyev, Hikmət Babaoğlu, Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova, İlqar Mirzəyev, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti, KİV nümayəndələri, gənc idmançılar və fəal gənclər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qonaqları və tədbir iştirakçılarını qarşıda gələn "15 iyun - Milli Qurtuluş Günü" münasibətilə təbrik edərək 1993-cü ilin iyununda respublikamızda baş vermiş ictimai-siyasi proseslərə bir daha geniş nəzər salıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Bildirib ki, son 20 ildə Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində əldə olunmuş uğurlar birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun respublika rəhbərliyinə qayıdışından sonra ölkə vətəndaşlarının təhlükəsizliyi təmin olunub, iqtisadiyyatda hökm sürən tənəzzül dayandırılıb, Azərbaycan dünya birliyində özünə layiq yer tutub. Çıxışının sonunda A.Fərzəliyev yarış iştirakçılarına uğurlar arzuladı.
Sonra Azərbaycan Atçılıq Federasiyasının vitse - prezidenti Mahir Muradov, Milli Məclisin deputatı Adil Əliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər natiqlər çıxış edərək qeyd etdilər ki, Azərbaycanda atçılıq idman növü lap qədimlərdən diqqətçəkən olub. Elə müasir dövrümüzdə də bu idman növünə maraq artmaqda davam edir. Hazırda Bakı Dövlət Cıdır Meydanının ərazisində Respublika Atçılıq İdman Məktəbinin fəaliyyət göstərməsi ölkəmizdə idmanın bu növünün inkişafından xəbər verir.Azərbaycan Respublikasında atçılığın hazırki vəziyyətinə gəldikdə qeyd etmək lazımdır ki, aqrar sahədə islahatlar aparıldıqdan sonra respublikada atların sayı artmışdır. Hazırda ölkəmizdə yüksək keyfiyyətli Qarabağ və Dilbaz atları həmçinin Quba, Şirvan və digər yerli atlar yetişdirilir.
Açılış mərasimindən sonra yarışlara start verildi. Yarışda 28 nəfər idmançı mübarizə aparmışdı.
Yarışda I yeri tutmuş “Hollywood IV” ləqəbli atla Əliverdiyev Səməd, II yeri tutmuş “Rodrigo” ləqəbli atla Salayev Həzrət və III yeri tutmuş “Voltram” ləqəbli atla Qurbanbəyov Dünyamalı təşkilatçılar tərəfindən müxtəlif dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunmuşlar.


"15 iyun - Milli Qurtuluş Günü" münasibətilə atçılıq idmanı üzrə Nərimanov rayon açıq birinciliyi keçirilib
"15 iyun - Milli Qurtuluş Günü" münasibətilə atçılıq idmanı üzrə Nərimanov rayon açıq birinciliyi keçirilib
"15 iyun - Milli Qurtuluş Günü" münasibətilə atçılıq idmanı üzrə Nərimanov rayon açıq birinciliyi keçirilib
"15 iyun - Milli Qurtuluş Günü" münasibətilə atçılıq idmanı üzrə Nərimanov rayon açıq birinciliyi keçirilib
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO