Azərbaycan millisinin futbolçusu İngiltərə klubunda
Idman
Oxunub: 1 019
1 avq 2016 | 14:11
Azərbaycan millisinin futbolçusu İngiltərə klubunda








Eddi “Qranada”, “Eybar” və “Kordoba”da icarə əsasında çıxış edib

Azərbaycan yığmasının futbolçusu Eddi İsrafilov karyerasını İngiltərədə davam etdirəcək.

Bu barədə Qaynarinfo.Az İspaniyanın məşhur “Marka” nəşrinə istinadən xəbər verir.

24 yaşlı yarımmüdafiəçi Londonun “Fulhem” klubunda baxışdan uğurla keçib.

Bir neçə gün öncə “Çempionşip” təmsilçisinin düşərgəsinə qoşulan İsrafilov komandada qalmaq üçün baxış müddətində özünü yaxşı tərəfdən göstərməli idi. Eddi bunu bacardığından onunla rəsmi müqavilə imzalanıb. Razılaşmaya əsasən, İsrafilov qarşıdakı 4 ili “Fulhem”in heyətində keçirəcək.

Bu keçidin alınmasında “Fulhem”in serb baş məşqçisi Slavişa Yokanoviçin də əməyi olub. Çünki o, 2 il əvvəl İspaniyanın “Erkules” klubunu çalışdıranda Eddini tanıyırdı.

Bu transferə görə ingilislər 200 min avrodan keçməli olublar. Lakin müqavilədəki bəndə əsasən, “Fulhem” növbəti mövsüm Premyer Liqaya vəsiqə qazana bilsə, həmin məbləğ bir qədər də artırılacaq.

İspaniyanın “Real Mursiya” klubunun yetirməsi olan Eddi buna qədər müxtəlif klublarda – “Qranada”, “Eybar” və “Kordoba”da icarə əsasında çıxış edib. Son olaraq “Kordoba”da oynamış xavbek Sequndada 14 matçda iştirak etsə də, qol hesabını aça bilməyib.

Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildən dəvət aldığı Azərbaycan yığmasında 5 oyun keçirib.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO