İlham Zəkiyev məğlubiyyətinin səbəbini açıqladı
Idman
Oxunub: 926
11 sen 2016 | 07:49
İlham Zəkiyev məğlubiyyətinin səbəbini açıqladı








“Rəsmilərimiz mənə dedilər ki, boş ver medalı, bizə sən lazımsan»

Bu sözləri Adalet saytına açıqlamasında “Rio 2016” XV Paralimpiya Oyunlarının cüdo yarışlarında kişilərin +100 kq çəki dərəcəsində beşinci nəticə göstərən bayraqdarımız İlham Zəkiyev deyib.

O, çıxışı barədə bunları qeyd edib: “Yarış öncəsi təzyiqim çox aşağı düşmüşdü - 80-50. Üstəlik, qızdırmam vardı. Əlim və dizim də zədələnmişdi. Yarış ərzindəki halımı görən komitə rəsmiləri son görüş ərəfəsi mənə dedilər ki, İlham, gəl çıxma tatamiyə, boş ver medalı, bizə sən lazımsan. Mən istəmədim mübarizəsiz təslim olum. Ona görə də birtəhər toparlanıb görüşə çıxdım”.

İkiqat paralimpiya çempionu nəticəsinə görə ciddi üzüntü keçirmədiyini bildirərək, fikirlərinə bunları əlavə etdi: “Mən iki dəfə bu turnirin ən yüksək əyarlı medalını qazanmışam. Hansı ki, bunun “eks” anlayışı yoxdu. Olimpiya və paralimpiya çempionu adı əbədidi. İdmandı, hər şey olur. Bir məqamı da nəzərə çatdırım ki, mənim bütün rəqiblərim əslində olimpiyaçılar idi, nəinki paralimpiyaçı. Məsələn, çempion olan Özbəkistan təmsilçisinin görməsində ciddi problem yox idi”.

Qeyd edək kİ, Zəkiyevin çəki dərəcəsində çempion adını qazanan sözügedən Özbəkistan təmsilçisi bu yaxınlaradək sağlam cüdoçular arasında çıxış edib. Adilcan Tuledibayevin paracüdo kateqoriyası B3-dü ki, bu da 40 faizədək görmə deməkdir. Bürünc mübarizəsinin ilk iki mərhələsində qarşılaşdığı rəqiblər də bu kateqoriyadan idi. Sonuncu kubalı rəqib isə B2-də (20 faizədək görmə) yer alır. Zəkiyev isə B1, yəni tam görmə qabiliyyətini itirmiş cüdoçular kateqoriyasındadır.
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası